Bayazid Konstantinopolun mühasirəsinə fasilə verib Şərqi
Anadoluya gəldi. Sivas Ərzincan və Kemahı geri
aldı. Əhməd Cəlairinin və Qara Yusifin köməyinə yeni qüvvələr göndərdi. Bu
hadisələr iki qüdrətli türk cahangirini qarşılaşdırdı. Teymur qışı Qarabağda
keçirdikdən sonra 1402-ci ildə təkrar Anadoluya
yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu İldırımın
ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu
qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli az
hərbi qüvvə toplamışdı. Teymurun ordusundə döyüş filləri də var
idi. 1402-ci il iyulun 28-də Ankara
düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə
çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. 1403-cü ilin yazında
Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü
öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu
bəyliklərinin xəyanəti də böyük rol oynamışdı.
Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin
müstəqilliklərini bərpa etdi. Osmanlıların hakimiyyəti altında olan
əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü. Bayazidin oğulları
arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi.
Osmanlı tarixində «səltənət fasiləsi» adlandıralan
on bir illik dövrdə gedən mübarizə Mehmet Çələbinin qələbəsi
ilə başa çatdı.
Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də
bilmədən Avropanı xilas etdi və bütün türk dünyasının gələcək faciəsi
üçün zəmin hazırladı. Təsadüfi deyildir ki, bu xəbəri eşidən Roma papası Avropa
ölkələrinin kilsələrində üç gün fasiləisz olaraq, kilsə zənglərinin sədaları
altında şükranlıq duası oxutdurmuşdu.
Sultan II Muradın (1421-1451) hakimiyyəti
dövründə Osmanlı dövləti əvvəlki qüdrətini bərpa etdi. 1430-cu ildə II
Murad Teymurla mübarizə zamanı yenidən Bizansın əlinə keçmiş Salaniki geriyə
qaytardı. 1431-ci ildə Varna tutuldu.
Bu bölgələr dərhal türk əhalisi ilə məskunlaşdırıldı.
1444-cü ildə II Murad oğlu 14
yaşlı Mehmetin xeyrinə hakimiyyətdən əl çəkdi. Hökmdarın yaşca çox gənc olması
avropalılarda Osmanlı dövlətinin zəifləyəcəyi ümidin doğurmuşdu. Ona görə
də onlar türklərə qarşı yeni (beşinci) səlib yürüşü təşkil etdilər. II Mehmetin
və saray əyanlarının təkidi ilə II Murad yenidən qoşuna komandanlıq etməyə
başladı. 1444-cü ildə Vrana döyüşündə Yanos
Hunyadininbaşçılıq etdiyi birləşmiş macar-çex qüvvələri darmadağın
edildi. Bundan sonra Mehmetin xahişi ilə II Murad hakimiyyəti yenidən əlinə
aldı. 1448-ci ildə II Kosovo döyüşündə türklər
Yanos Hunyadinin səlbibçi qüvvələrini məğlub etdilər. 1451-c ildəII
Murad öldükdən sonra hakimiyyətə yenə oğlu II Mehmet (1451-1481) keçdi.
No comments:
Post a Comment