XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Əvvəlcə Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və vahid dövlət yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər tərəfdən isə xarici istilalar -İranının və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri mane oldu.
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə prosesinə əsaslı surətdə mane olurdu. Yaranmış şəraitdə Azərbaycanı istila etməyə çalışan İranın, Sultan Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.
I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı istila etməyə hazırlaşırdı. Rus əsilzadələrinin və tacirlərinin mənafeyi çar Rusiyasının yeni torpaqlar zəbt etməyə, Rusiya sənayesi üçün xammal mənbələri və satış bazarları əldə etməyə sövq edirdi. Çarizm Xəzər dənizini öz daxili dənizinə çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə doğru yol açmaq, Yaxın Şərqin iqtisadi ehtiyatlarına, habelə bazarlarına sahiblənməkləİngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı.

Hindistanda sipahilər üsyanını yatırdıqdan sonra İngiltərənin də Rusiyaya münasibətdə ehtiyatlı olmağa vadar edirdi. Xarici siyasət maraqları baxımından Cənubi Qafqaz Rusiya üçün hərbi-strateji əhəmiyyətə malik idi. Yaranmış şəraitdə I Napoleon bilərəkdən İngiltərə və Rusiyanın Qafqaz maraqlarını qıcıqlandırmaqda idi. Məqsəd II koalisiyanı diplomatik yolla dağıtmaqla yanaşı Fransaya qarşı gələcək koalisiyaların yaranmasına yol verməmək idi. 1800-ci ildəİngiltərənin İranla bağladığı müqaviləyə cavab olaraq Fransa 1801-ci ilin oktyabrında Türkiyə ilə müqavilə imzaladı vəMisiri Türkiyəyə qaytardı. 1805-ci ilin dekabrında olmuş Austerlis döyüşündəki qələbədən sonra türk sultanı III Səlim I Napoleonu «Fransanın padişahı» və özunun «ən qədim, sadiq və vacib dostu» elan etdi. Təsadüfi deyil ki, Fransa bundan Rusiyanın qüvvələrini parçalamaq və onu Türkiyə ilə müharibəyə girmək kimi fakt qarşısında qoymaq məqsədilə istifadə etdi. I Napoleon çox tezliklə İranla münasibətlərdə də diplomatik üstünlüyə nail oldu və Rusiya-İngiltərə ziddiyyətlərinə barışmaz xarakter verdi.
XVIII əsrin sonu-XIX əsrin başlanğıcında belə bir ziddiyyətli və qeyri-sabit beynəlxalq şəraitdə Cənubi Qafqaz, məsələləri, xüsusilə Azərbaycan məsələsi mühüm yer tuturdu.
Vahid Azərbaycan dövlətinin olmaması xarici siyasətdə də özünü göstərirdi. Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq üçün vahid mövqe nümayiş etdirə bilmir, bir tərəfdən İran və Türkiyəyə, digər tərəfdən isə Rusiyaya meyl edirdilər. Bunu xanlıqların 1768-1774-cü illər rus-türk müharibəsi ərəfəsi və dövrünün siyasəti bariz şəikldə göstərir. Hətta müharibədən sonra - 1775-ci ildə Azərbaycan xanlıqlarının böyük bir qisminin əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya istiqamətlənməsi də açıq şəkildə nümayiş etdirilirdi. Xüsusilə yaranmış şəraitdəİran və Türkiyə Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli deyildi, çünki bu dövlətlər bəhs edilən dövrdə istilaçılıq siyasəti yeritmirdilər. Avropa dövlətləri isə, əksinə, müstəmləkələr ələ keçirmək uğrunda geniş müharibələrə başlamışdılar. İngiltərə və Fransanın Cənubi Qafqaz, habelə, Azərbaycana münasibətləri onların bilavasitəİrandakı mövqeləri ilə müəyyən edilirdi. XVIII əsrin sonlarından etibarən Azərbaycana qarşı əsas təhlükəşimaldan çar Rusiyası idi. Məhz bu zəmində Rusiya-İran münasibətləri pisləşməkdə idi, buna isə həm İngiltərə, həm də Fransa çalışırdı.
Xeyli davam edən ciddi diplomatik-siyasi və hərbi hazırlıqdan sonra Georgiyevsk traktatına əsasən 1801-ci ildə Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiyaya birləşdirildi. O dövrdə Qazax və Şəmşəddil sultanlıqları Gürcüstandan asılı vəziyyətdə olduğundan Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq edilmişdi. Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya Gürcüstanın ardınca Azərbaycanı ələ keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş komandanı təyin edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi deyildi. Mənşəcə gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V. Zubovun yürüşündə iştirak etmiş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdu.

İran bu siyasətlə razılaşmayaraq, Avropa dövlətlərinin köməyinə arxalanmaqla Gürcüstanı Rusiya hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım göstərirdi.
Azərbaycan xanlıqları ilə dil tapmağa xüsusi diqqət verilirdi. 1802-ci ildəİrana tabe olmaq haqqında Qarabağ və Ba-kı xanlıqlarına təkliflər edildi.
I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə xanlarla danışıqlara başladı. Görüşə Quba, Dərbənd, Talış xanları və Dağıstanın bəzi hakimləri gəlmişdilər. Bakı xanı görüşə gəlmədi. Dekabrın 26-da imzalanmış müqaviləyə görə onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi, narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı, ortaya çıxan mübahisələr yalnız dinc yolla həll edilməli idi. İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək ayrıca göstərilirdi.
Müqavilədə ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s. bəhs olunurdu.
1803-cü ildə Bakı xanlığı ilə belə bir müqavilə imzalandı.
Georgiyevsk müqaviləsi bağlandığı vaxtdan əhəmiyyətsiz bir sənədə çevrildi. Müqaviləyə qoşulan xanlıqlar İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Ona görə Georgiyevsk müqaviləsi qüvvəsini itirdi.
Çar Rusiyası ayrı-ayrı xanları öz tərəfinə çəkmək, onları himayəsi altına almaqla yanaşı, işğalçı qoşundan da istifadə etmək fikrindən daşınmamışdı. Gürcüstandan Şərqə Azərbaycanın əsas xanlıqlarına doğru qoşunların irəliləyəcəyi yolun üzərində böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatları idi. 1803cü ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altın-da Alazan (Qanıq) çayı keçidində və Balakən yaxınlığında da Car-Balakən camaatını məğlubiyyətə uğratdılar. Balakəni tutub viran etdilər. Sonra isə Car camaatı müqavimət nəticə-sində Balakənin başına gətirilmiş fəlakəti nəzərə alaraq, martın 29-da müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən arasında "andlı öhdəlik" imzalandı. Car-Balakən camaatının nümayəndələri Tiflisə gələrək Rusiyanın ali hakimiyyətini qəbul etmək barəsində müqaviləni imzaladılar. Bu müqaviləyə görə Car-Balakənlilər hər il çar xəzinəsinə 220 pud ipək verməli, Tiflisə girovlar göndərməli, Car-Balakəndə rus qoşunlarını yerləşdirməli idilər. Rusiya hökuməti Car-Balakən camaatının daxili idarə işlərinə qarışmayacağını vəd etmişdi.
Car-Balakənin tutulması Azərbaycanın sonrakı işğalını nisbətən asanlaşdırdı. Təsadüfi deyildir ki, Sisianov Xarici işlər kollegiyasına bu qələbənin "xüsusi diqqətəlayiq olduğunu" yazmışdı.
"Andlı öhdəliyin" şərtləri Car-Balakən üçün ağır olduğundan onu yerinə yetirmək çətin idi. Rusiya müəyyən edilmiş ipəyi vaxtında ala bilmirdi. Bu da Sisianovun Car-Balakən camaatına hədələyici məktublar yazmasına səbəb oldu. Lakin bu onunla kifayətlənməyərək yenidən hərbi müdaxiləyəəl atdı. Qulyakov 2500 nəfərlik qüvvə ilə 1804-cü il yanvarın əvvəllərində yenidən Car-Balakənə yürüşə başladı. Əhalinin tərk etdiyi Car tutuldu. Qulyakov camaatın müqavimətini qırmaq üçün təqiblərə başladı. Lakin 1804-cü il yanvarın 15-də carlılar tərəfindən öldürüldü. Vəziyyəti belə görən Sisianov Car-Balakən camaatı ilə barışıq bağladı. CarBalakəndən sonra İlisu sultanlığı da Rusiyanın təbəəliyinə keçməyə məcbur oldu.

Cavad xan Rusiyaya birləşməyin əleyhinə idi, o xanlığı müstəqil idarə etməyi israr edirdi. Bu isə Rusiya hökumətini təmin etmirdi. Cavad xanın dövründə Qazax, Şəki, Şəmşəddil və başqa yerlər Gəncə xanlığına daxil edildi. O, Qarabağ ilə münasibəti sahmana saldı. Cavad xan sədaqət rəmzi olaraq bir qızını və oğlunu İbrahimxəlil xanın yanına göndərdi. II İrakli daim Gəncəyə sahib olmağa can atırdı, yerli feodallar isə onu sıxışdıranda, Cavad xandan imdad gözləyirdi. Gürcüstan Rusiya dövlətinin himayəsinə keçəndə Şəmşəddil barədə general Georgi ilə Cavad xanm sözləri çəp düşdü. Lazerevin başçılığı ilə Gəncəyə qoşun gəl-di. Cavad xan bildirdi ki, həm ruslarla, həm də gürcülərlə dostluq münasibətləri saxlamaq istəyir, bircə şərtlə-gərək rus qoşunu Şəmşəddildən çıxıb getsin. Sonra P. D. Sisianov gəldi. Qafqazdakı rus qoşunlarının başçısı təyin edilmiş və burada çarizmin müstəmləkə siyasətini zor gücünə həyata keçirən general P.D. Sisianov Gəncəni zəbt etməyə xüsusi əhəmiyyət verirdi. O, Gəncəyə yürüş üçün məqam axtarırdı. Lazarev iki nəfər erməninin məktubuna əsaslanaraq 1803-cü il yanvarın 9-da Sisianova yazırdı ki, "Bütün Gəncə erməniləri rus ordusunun gəlişini səbirsizliklə gözləyirlər. Gəncə xanının ehtiyat tədbiri yalnız ondan ibarətdir ki, əmrlə hər gün Şəmkirədək on nəfərlik süvari mühafizə dəstəsi yola nəzarət edir". Deməli, Lazarev rəsmi şəkildə bildirirdi ki, ermənilər Gəncəyə yadların gəlişini səbirsizliklə gözləyirlər. Üstəlik xəbər verirdi ki, qorxmayın yollarınız açıqdır, vur-tut onca nəfər yola göz qoyur.
Onda Cavad xan hələ ruslarla səmimi qonşuluq, dostluq arzusunda idi. Öz sözünü Sisianova açıqca bildirmirdi. 1803-cü il fevralın 25-də Sisianov Cavad xana ilk məktubunda yazırdı:"...Sizi və sizin xalqı rus imperatoru öz himayəsinə götürür. Şərafətli etimadmızın...ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı bir əmanət kimi Tiflisə göndərəydiniz". Cavad xan ona ikibaşlı bir cavab yazdı. Sisianov gördü ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə yürüşə hazırlaşdı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatdı və Cavad xana təcili məktub yazdı:"...Gəlmişəm ki, şəhərini Avropa adəti üzrə tutam... Sizdən ikicə söz tələb edirəm, birini seçin:"Hə", yaxud "yox".
Cavad xan elə həmin gün Sisianova ətraflı cavab yolladı. (29 noyabr, 1803-cü il). Məktubda deyilirdi:"...Müharibə etmək istəyirsənsə mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq, hədələyirsən ki, təklifini qəbul etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu zaman, bir də davanın özü göstərəcək".
1803-cü il noyabrın 30-da Sisianov Gəncə ermənilərinə müraciət etdi:"... Hamımızı əmin edirəm ki, Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün vəəmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğun çuluğundan, hər cür təqib və sıxışdırmalardan canımız qurtaracaq. Sizə Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq hüququ veriləcəkdir". ...Sisianov az sonra 1803-cü ilin dekabrında təslim olmaq barədə Cavad xana ultimatum verdi. Cavad xan dərhal məktub yazdı; bildirdi ki, şəhərin təhvil verilməsi barədə xam xəyal-dan əl çək. Gəncəyə yalnız meyidinin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox". Rus qoşununun tərkibində 11 topu olan 6 piyada batalyonu, 3 eskadron və 200-dək kazak vardı. İlk döyüş Gəncənin iki verstliyindəki Quluqobu adlı yerdə baş verdi. Cavad xan düşmənə ciddi müqavimət göstərdi. Lakin düşmən onu sıxışdırmağa başladı. Cavad xan Gəncə qalasına çəkildi. Sisianov 1804-cü il yanvarın 3-də səhər qalaya hər tərəfdən od yağdırmağa başİadı. Qarabağ qapısı tərəfdən hücum edən general S.A.Portnyakin qoşuna komandanlıq edirdi. Cavad xanın burada toplanan əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü hücumda ruslar şəhərə daxil ola bildilər.
Düşmənin digər hissəsi Tiflis qapıları səmtdən hücum edirdi. Onlar əsas qülləni tutduqdan sonra döyüş daha da şiddətləndi. Gəncəlilər şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırdılar. Hücum zamanı xanın döyüşçülərindən 500 nəfəri öldürüldü, 500 nəfəri əsir ahındı.
Qala bürclərinin birində Cavad xan topun üzərinə qalxaraq əlində siyirmə qılınc rusların hücumunu fövqəladə mətanətlə dəf edirdi. Lakin mətanətli Cavad xanı ruslar qətlə yetirdilər. Elə həmin gün oğlu Hüseynqulu ağa da döyüş meydanında vuruldu. Şəhər çar qoşunları tərəfindən zəbt edilib dairəyə çevrildi.
Gəncə işğal edildikdən sonra qalanın müdafiəçiləri arasında olan Cavad xanın arvadı Bəyimxanım ərinin və oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu. Bu zaman Sisianov ağlaşma səsinə xanın cənazəsi olan otağa gəlib çıxdı. Sisianovu görən Bəyimxanım onu qılıncla öldürməyə cəhd göstərdi. Bu hadisənin şahidi olan bir rus generalı yazırdı ki, "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı vəəmr etdi ki, onun otağından çıxaq. O nəərinin, nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdanbaşa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı..."
Xan və onun oğlu yanvarın 5-də Şah Abbas məscidinin həyətində dəfn edildilər. Amansız düşmənlə qeyri-bərabər döyüşdə həlak olmasına baxmayaraq, Cavad xanın qəhrəman-lığı Azərbaycan tarixinin unudulmaz səhifələrindəndir. Gəncənin işğal edilməsi çar Rusiyası üçün böyük əhəmiyyətə malik oldu. Azərbaycanın digər xanlıqlarının taleyi də faktik olaraq həll edildi. Rus qoşunlarının Xəzər sahillərinə çıxıb Həştərxanla əlaqələri təmin etməsinə şərait yarandı. Cənubi Azərbaycana da yol açıldı.
Ona görə də çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək qiymətləndirərək, onu xüsusi qeyd etmişdi. Bu qələbəyə həsr edilmiş medal təsis olundu. Gəncə xanlığı ləğv edildi. Qədim Azərbaycan şəhərinin adı I Aleksandrın arvadı çariça Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü dilinə gətirənlər isə cərimə edilməyə başlandı. Gəncə xanlığından asılı olan Samux hökmdarı Şirin bəy də Rusiyanın hakimiyyəti altına gəlməyə məcbur oldu və ildə Rusiyaya 1000 çervon xərac verməyi öhdəsinə götürdü.

Rus qoşununun işğalçılıq hücumları sultan Türkiyəsi və şah İranını narahat etdi. Rusiyanın Cənubi Qafqazda güclən-məsi İngiltərənin və Fransanın mənafelərinə zidd idi. Türkiyənin vəİranın vasitəsilə rus qoşunlarını Cənubi Qafqazdan çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu məqsədlə onlar Türkiyəyə vəİrana hərbi yardım edirdilər. İngiltərə tərəfindən qızışdırılan şah İranı 1804-cü ilin mayında Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü ilin iyunun 16-da Rusiya iləİran arasında müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Eyni vaxtda İranla bərabər Rusiya Azərbaycan xanlıqlarına qarşı da müharibəni davam etdirir, onların ərazisini işğal edir, yerli xal-qın mənafeyini tapdalayırdı. Rusiyanın ələ keçirdiyi torpaq-ların etnik mənsubiyyətə görə vahid inzibati ərazidə birləşdirilməsi də Balkanlarda olduğu kimi, dövlət qurumları yaratmağa səy etməmək idi. Beləliklə, İran öz qoşunlarmı, əsasən, Ermənistanın şərq torpaqlarında cəmləşdirmişdi. General Sisianov öz qoşunlarını həmin istiqamətə apardı. Onun məqsədi İrəvan qalasını ələ keçirmək idi. Çoxsaylı İran qoşunları ilə toqquşmada qələbə qazana bilməyən Sisianov geri çəkilməyə məcbur oldu. İran qoşunu da itkiyə məruz qaldığından hücumu davam etdirmədi.
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov İbrahimxəlil xandan, onun öz xarici siyasətində kimə arxalanması haqqında son sözünü deməsini tələb etdi. Xanlığın siyasi taleyi həll olunurdu. Ya Rusiya ilə, ya da İranla birləşməli idi. İbrahimxəlil xan Rusiyanı seçməyə məcbur oldu. 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla İbrahimxəlil xan arasında müqavilə" ("andlı öhdəlik") imzalandı. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağa razılıq verir, xarici dövlətlər ilə müstəqil münasibətlər saxlamaq hüququn-dan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasın-da və xanlığın ərazisində Rusiya qoşun dəstələri yerləşdirilirdi, İbrahimxəlil xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün göndərməli idi. Çar qoşunları general-leytenantı hərbi rütbəsi alan İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe edilirdi. Bununla ya-naşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxt toxunmayacağım öhdəsinə götürürdü.

Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyinə arxalanmaq istəyən Səlim xan Kürəkçay sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin, demək olar ki, eyni idi.
Az sonra Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışdı. 1806-cı ilin iyununda Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın bacısı vəəri İbrahimxəlil xan, bütün ailəsi ilə birlikdə qətlə yetirildi. Qara-bağda gözlənilmədən baş vermiş bu faciə Səlim xanın Rusiya himayəsindən imtina etməsinə səbəb oldu. O, Şəkidə yerləşən rus qarnizonuna basqın etdi. Rus qoşun dəstəsi Gəncəyə qayıtmalı oldu. Tezliklə, Abbas Mirzə Şəkiyə 300 sərbaz və ləzgilərdən muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min çervon pul göndərdi. Sisianov 1806-cı il sentyabrın 9-da general Bulqakova yazırdı ki, Bakım ələ keçirəndən sonra "Kür boyu irəliləyərək xəyanət etmiş Şəki xanını cəzalandırsın". Həmin ildəŞamaxı xanı Mustafa xan da ona kömək etməli, müqabilində Şəki xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi. Səlim xan nəyin bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərdi.
Abbas Mirzədən aldığı pul ilə avar və ləzgilərin topladığı qoşunun Səlim xana köməyi olmadı. 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə Səlim xan basıldı və ailəsi ilə birlikdə xanlıqda olan Gəldək kəndinə qaçdı. Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4 bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər şeyin əldən çıxdığını görərək Abbas Mirzənin düşərgəsinə qaçdı. Çar hökuməti İran şahından üz döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim təyin et-di. Lakin yenə də Şəki əhalisi sakitləşmədi. Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan etdi və Cəfərqulu xana tabe olmayacaqlarmı bildirdi. Ələ keçmiş 40 nəfər üsyançı öldürüldü. Başqa kəndlərdə də narazılıq artdı. Əhalinin bu çıxışı obyektiv olaraq çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla qulluq edən satqın yerli feodal hakimlərə qarşı yönəldildi. 1807-ci ilin sonuna yaxın Cəfərqulu xana qarşı müvəffəqiyyətsiz sui-qəsd oldu. Çar hökuməti əhalini qorxutmaq üçün Şəkiyəəlavə bir batalyon qoşun göndərdi. Beləliklə, Şəkidə də çar idarə-üsulu bərqərar oldu.

Şamaxı, Bakı və Quba xanlıqlarının işğal edilməsi. Qarabağ yə Şəki xanlıqlarının Rusiyaya qatılmasından bir ay sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar yolüstü İrana tabe olmaq təklifini rədd etmiş Qazax camaatmı tənbeh etmək fikrinə düşdülər. Qazaxlılar İran vəliəhdi Abbas Mirzəyə təkcə ciddi müqavimət göstərmir, hətta hücuma keçib onu qaçmağa məcbur etdilər. Bir İran tarixçisi yazır ki, "Qazax əhalisi İrəvana doğru gedən farslara müqavimət göstərdi. Qazaxlılar İrəvan düzünə qədər olan 18 fərsəxlik (hər fərsəx 6 km bərabərdir-red.) məsafənin hər fərsəxindəİran qoşun-larına tələ düzəldirdilər. Onlar şahzadəyə (Abbas Mirzəyə-red.) silahdan atəş açdılar". General Sisianov Rusiya-İran müharibəsində Rus qoşunları tərəfindən iştirak etmək üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər.
İranla müharibə aparan çar qoşunları Azərbaycanın digər xanlıqlarmı da tabe etmək üçün ölkənin içərilərinə doğru irəliləməkdə davam edirdi. Sisianov Şamaxı, Bakı və Quba xanlıqlarını tezlikləələ keçirmək fikrində idi. "Qarabağnamə"nin müəllifi yazır ki, "Sisianovun indi qarşıda duran başlıca məqsədi dənizlər (Kaspi və Qara) arasmdakı yerləri ələ keçirməkdən ibarətdir. Sisianovun qoşunları Şamaxı üzərinə yeridi. Şamaxı xanı tərəddüd edirdi. Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Şirvanın Rusiyanın hakimiyyəti altına keçməsi barədə Sisianovla Şamaxı xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri eyni ilə qəbul etməsini tələb edirdi. Lakin Mustafa xan gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana qatılmasında ona kömək etməyi Sisianova təklif etdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış Cavad torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və həm də ona Rusiyadan daimi maaş verilməsini xahiş edirdi. Lakin xanın bu tələbləri çar hökumətini təmin etmirdi. Ona görə də 1805-ci ilin noyabrında Sisianovun qoşun dəstəsi Mingəçevir yaxınlığında Kürü keçib Şamaxı istiqamətində hərəkət etdi. Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi barədə müqaviləyə qol çəkmək üçün Sisianovun düşərgəsinə getmədi. Belə olduqda, Sisianov qoşunlarmı Şamaxı yaxınlığındakı ərazidə cəmləşdirməyə başladı. Mustafa xan, öz növbəsində, Fitdağdakı qalada gizlənərək hücumu dəf etməyə hazırlaşırdı. Lakin dekabrın ortalarında tərkibində Qarabağ erməniləri olan rus qoşunu iləŞamaxı xanının qoşunu arasında elə bir ciddi hərbi əməliyyat olmadı. Mustafa xan xanlığın Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verməli oldu. Öz şəxsi təhlükəsizliyini nəzərə alan xan müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla düşərgə arasındakı çöldə imzalamağa razı oldu. Bu müqaviləyə görə, Şamaxı xanı başqa dövlətlərləəlaqələrini kəsməyi, öz gəlirindən Rusi-ya xəzinəsinə 8 min çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə şərait yaratmağı, rus qoşununu ərzaqla təchiz etməyi, yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Beləliklə, 1805-ci il dekabrın 25dəŞamaxı xanlığı Rusiyanın tərkibinə qatıldı. Şimali Azərbaycan xanlıqları içərisindəən böyük və zəngin xanlıqlardan biri olan Şamaxı xanlığının Rusiya tərəfindən işğalının Rusiya üçün böyük iqtisadi-siyasi və hərbistrateji əhəmiyyəti var idi. Sisianov Şamaxı xanlığını tutduqdan sonra, 1805-ci ilin qışında Bakıya doğru hərəkət etdi. Sisianov öz dəstəsini geri Zavalşinin desant dəstəsi ilə birləşdirərək, 1806-cı ilin yanvarında Bakıya yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqmda müqavilə layihəsini Hüseynqulu xana gön-dərdi. Hüseynqulu xan Sisianovun təklif etdiyi şərtləri qəbul etdiyini, Bakı qalası darvazalarının açarlarını Sisianova vermək istədiyini və "bir neçə məxfi söz demək istədiyini" bildirdi.
Söhbətin səmimi qurtaracağını güman edən Sisianov ordunu kənarda saxlayaraq podpolkovnik E. Eristavinin müşayiəti ilə xanın görüşünə getdi. 1806-cı il fevralın 8-də Bakı qalası darvazası qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisianovu vurdu və həmin gecə Sisianovun başmı kəsərək Təbrizə Abbas Mirzəyə apardı. Bu xidməti müqabilindəşah İbrahim bəyə xan titulu verdi və onu İran qoşun dəstəsinin komandiri təyin etdi. Bu hadisədən sonra general Zavalşin rus qoşunu ilə birlikdə Bakıdan geri çəkildi, Sarı adasında yerləşdi. 1806-cı ilin yazda Abbas Mirzənin komandanlığı altında 20 minlik İran ordusu Şuşaya hücum etdi. Lakin tezliklə rus ordusunun mövqeyi möhkəmləndirildi, Xanaşin aşırımında İran qoşunu məğlubiyyətə uğradı.
1806-cı il iyunun 22-də Dərbənd işğal edildi. Şəhərin idarəsi Rusiyaya rəğbəti olan mayor rütbəsi verilən Əlipənah bəyə tapşırıldı.
1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu Bakıya tərəf hərəkət etdi və əhalinin təslim olmasını tələb etdi. Bulqakov yerli əhaliyə toxunmayacağını bildirmək üçün öz oğlunu Bakıya göndərdi. Lakin Sisianovun intiqamından qorxan şəhər əhalisi şəhəri tərk etdi. Hüseynqulu xan əvvəlcə Qubaya, oradan da İrana qaçdı. Beləliklə, 1806-cı il oktyabrın 3-də Bakı işğal olundu, Bakı xanlığı ləğv edildi. Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz təslim oldu. Şeyxəli xan dağlara qaçdı.
Bakı və Quba xanlıqlarının işğalından sonra rus qoşunu Şəkidəki üsyanı yatırtmaq üçün oraya göndərildi. 1806-cı il oktyabrının 22-də Səlim xanın silahlı qüvvələri darmadağın edildi, Səlim xan İrana qaçdı. Bunun ardınca ruslar Car-Balakən camaatları üzərinə hücuma keçdilər. Rus qoşunu car-balakənlilərin köməyinə gəlmiş Avar xanını mühasirəyə aldılar, tezliklə carlılar və onların müttəfiqləri təslim oldular.

Azərbaycanın şimal xanlıqlarında baş vermiş üsyanları yatırtdıqdan sonra rus qoşununun baş komandanı general Qudoviç bir sıra yerli feodal hökmdarları dəyişdi. Məsələn, Dər-bənd və Quba xanlıqları müvəqqəti olaraq Tərki şamxalına verildi. Bir qədər sonra isə bu yerlər imperiyanın əyalətlərinə çevrildi. İbrahimxəlil xanın oğlu Mehdiqulu xan Qarabağa xan təyin olundu. Cəfərqulu xan Xoylu Şəki xanlığının hakimi təyin edildi. Xoydan Şəkiyə köçürülmüşəhali yeni salınmış Yenikəndə, Cəfərabad və s. kəndlərdə məskunlaşdılar.
Gülüstan sülh müqaviləsi. 1806-cı ilin sonlarında Türkiyə Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyat Balkan yarımadasında və Qafqazda gedirdi. İran qoşununun təhlükəsini dəf etmək üçün general Nebolsinin dəstəsi Tərtər çayı ətrafında yerləşdirildi. Arpaçay sahilindəki döyüşlərdə rus qoşunu türkləri məğlubiyyətə uğratdı.
Napoleon Fransa, İran və Türkiyənin iştirakı ilə Rusiya-ya qarşı Üçlər ittifaqı yaratmaq haqqında 1807ci ilin yanvarında Fətəli şaha məktub yazdı. Mayın 9-da Finkenşteyndə bağlanmış Fransa-İran müqaviləsinə görə Fransa İrana hərbi kömək göstərməyə başladı. 1807-ci ilin yayında Rusiya ilə Tilzit müqaviləsinin imzalanması İranda Fransanın mövqeyini zəiflətdi. İngilis diplomatiyasının səyi nəticəsindəİngiltərəİranla yaxınlaşdı.
Rus-İran cəbhəsində döyüşlər ara vermirdi. İrəvan xanlığının tutulması ruslar üçün əvvəlki kimi başlıca vəzifə olaraq qalırdı. 1808-ci ilin payızında İrəvan şəhəri mühasirəyə alındı. General Qudoviç Naxçıvanı tutmağı general Nebolsinə həvalə etdi. 1808-ci il oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin ruslar İrəvandakı uğursuzluqdan sonra Naxçıvanı da tərk etməli oldular. Müvəffəqiyyətsiz 1808-ci il kompaniyasından sonra Qudoviç istefaya çıxdı general Tormosov baş komandan təyin edildi.
1809-cu ildə Rusiya iləİran arasında yeni toqquşmalar baş verdi. Avqustun ortalarında Abbas Mirzə Arazı keçərək Gəncə yaxınlığındakı Ağbulağa yaxınlaşdı. Lakin Gəncəni tuta bilməyərək İrəvana çəkildi. Bu zaman Əsgəranda yenidən sölh danışıqları başlandı. Hər iki tərəfin Talış xanlığının kimə çatacağı barədəki mübahisəsi bir nəticə vermədi. 1809-cu ilin sentyabrında İran qoşunları Talış xanlığına soxuldu və Lənkəranı dağıtdı.
Beləliklə, Türkiyə vəİranın Rusiyaya qarşı hərbi əməliyyatları bərpa etmək təhlükəsi yarandı. 1810-cu ilin avqustunda İran və Türkiyə arasında hərbi ittifaq bağlandı. Lakin bu ittifaqın da İrana real köməyi olmadı və İran sülh danışıqlarına başlamağı qərara aldı. 1810—1811-ci illərdə Rusi-ya Balkan və Qafqaz hərbi əməliyyat meydanlarında yeni qələbələr əldə etdi. Bu, Sultan Türkiyəsini 1812-ci il mayın 16-da Buxarestdə Rusiya ilə möqavilə imzalamağa məcbur etdi. Həmin müqaviləyəəsasən Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktım təsdiq etməli oldu.

1812-ci ilin yayında rus xalqı Napoleonun ordusuna qarşı müharibəyə qalxdı. Napoleon yalnız fransız qoşunlarım deyil, ona tabe edilmiş bir sıra Avropa dövlətlərinin hərbi qüvvələrini də Rusiya üzərinə yeritmişdi. Rusiyanın bütün qüvvələrinin Napoleon qoşununa qarşı döyüşə cəlb olunmasından istifadə edən İran ordusu Cənubi Qafqazda fəal əməliyyata başladı. 1812-ci ilin iyununda Abbas Mirzənin 20 minlik qoşunu Xudafərindən keçib Qarabağa girdi vəŞahbulağı tutdu. Lakin P. Kotlyarevskinin qoşun dəstəsi tezlikləİran ordusunu geri çəkilməyə məcbur etdi. Həmin ilin iyulunda iki min nəfərlik Iran süvari dəstəsi Gəncəyə basqın etmək istədi, lakin yerli ermənilərin silahlı dəstələri ilə birlikdə ruslar tərə-findən məğlubiyyətə uğradıldı. Azərbaycanlılar iranlıların sürüb apardığı bütün qaramalı geri aldılar və çoxlu qənimət ələ keçirdilər. Həmin ilin avqustunda 10 min nəfərlik İran dəstəsi fransız polkovniki Druvilin komandanlığı altında Talış xanlığına basqın edərək, Lənkəran qalasını tutdu. Bunun ardınca 4 minlik İran qoşunu Şəki xanlığına hücum etdi. Lakin oktyabrın 19-dan 20-ə keçən gecə general P. Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz təpəsində Abbas Mirzənin böyük ordusuna hücum edib, tam qələbəəldə etdi. Bu döyüşdəİran qoşunundan ölənlərin və yaralananların sayı 120 nəfər idi; 16 nəfər isə zabit əsir alındı. Rus ordusundan da xeyli ölən və yaralanan var idi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası ruslar tərəfindən hücumla alındı.
Rusların qələbəsi Fətəli şahı Rusiyanın qəddar düşməni olan Abbas Mirzəni ordu komandanlığından kənar etməyə məcbur etdi. İngilis məsləhətçiləri rus qüvvələrinin İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşərək şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya vəİran müharibəsi İranın tam məğlubiyyəti ilə qurtardı.
1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran tərəfindən şahın vəkili MirzəƏbdülhəsən xan Şirazi və Rusiya tərəfindən Qafqazın yeni baş komandanı Rtişşev imzaladılar. Gülüstan sülhünün şərtlərinə görə:
TalışŞirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı. Bununla vahid Azərbaycan iki yerə bölündü. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına və Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Irəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında qalırdı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi. Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradıldı. Rusiya tacirləri daxili gömrük vergisindən azad edilirdilər.
Gülüstan sülh müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcını qoydu.
Beləliklə, birinci Rusiya-İran müharibəsinin başa çatması və Gülüstan sülh müqaviləsinin bağlanması ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əslində birinci mərhələsi başa çatdı.

Birinci Rusiya-İran müharibəsində məğlubiyyətə uğramış, Gülüstan sülh müqaviləsini imzalamağa məcbur olmuşİran Cənubi Qafqazı əldən verməsi ilə heç cür razılaşmaq istəmirdi, Rusiya ilə yeni müharibəyə hazırlaşırdı. Bu işdəİngiltərə bütün vasitələrləİrana kömək edirdi. O, 1814-cü il-dəİranda Rusiyaya qarşı müqavilə bağladı. Bu müqaviləyəəsasən İngiltərə hökuməti Iran qoşunlarını nizama salmaq üçün İrana ingilis zabitləri göndərir, bu qoşunları silahla təchiz edir, başqa şəhərlərdə silah zavodları tikdirir və s. Şah hökuməti özünü dirçəlmiş hesab edib, Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxmağı Rusiya hökuməti-nə təklif etdi. Lakin danışıqlar nəticə vermədi. İran Türkiyəni Rusiyaya qarşı sövq etmək, Rusiya ilə birgə mübarizə aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara girdi, Türkiyənin Rusiya ilə münasibətlərmi kəskinləşdirmək üçün bütün vasitələrəəl atdı. Şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana qaçmış xanlardan da istifadə etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq fikrində idi.
1826-cı ilin əvvəlindəŞah sarayı Rusiyada-Peterburqda dekabristlərin üsyanı xəbərini aldı. Şah hökuməti bu üsyanın Rusiyada daxili çəkişmələrə gətirib çıxaracağını, bunun isə Rusiya dövlətinin zəifləməsinə səbəb olacağını zənn edərək müharibəyə hazırlığı sürətləndirdi. 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu Azərbaycanın Şimal torpaqlarına soxuldu. İkinci Rusiya İran müharibəsi başlandı. İran şahı, həmişə olduğu kimi, bu dəfə də birinci Qarabağa soxuldu. Yenə də ilk həmlə obyekti Şuşa qalası oldu. İran qoşunlarının birbirinin ardınca edilən həmlələrinə, şəhərin top atəşinə tutulmasına baxmayaraq, Şuşanı tutmaq mümkün olmadı. Qalanın müdafiəsinə Rus qarnizonu ilə birlikdə, şəhər əhalisinin bir hissəsi də qalxmışdı. Qadınlar və qızlar qalanın müdafiəsindəərlərinə, atalarına, qardaşlarına kömək edirdilər. Şah qoşunları Şuşanı 48 gün mühasirədə saxladılar, lakin onu ala bilmədilər. İran qoşunları Azərbaycanın başqa torpaqlarına da hücum etdilər. Lənkəranı, Salyanı aldılar, əhalinin xeyli hissəsini əsir apardılar. İran qoşunları ilə Azərbaycana gəlmiş keçmiş xanlıqların İrana qaçmış xanları Gəncə, Şamaxı, Şəki və s. kimi şəhərləri ələ keçirib öz xanlıqlarını bərpa etdilər. Həmin yerlərdə olan az saylı rus qoşun dəstələri geri çəkilməyə məcbur oldular. Azərbaycan ərazisinə girmişşah qoşunları əhaliyə amansız divan tutur, cavan kişiləri, qız-gəlinləri əsir aparırdılar. Bir müşahidəçi yazırdı ki, "Şirvan əyalətini tamamilə dağıdılmış gördüm. İran süvariləri dəhşətli qarətlər törətmişdilər... Bir çox kəndlər boşalmışdı". Fürsətdən istifadə edən rus komandanlığı pərakəndə vəziyyətdə olan qüvvələri birləşdirərək, strateji təşəbbüsü ələ aldı vəəks hücuma keçdi. Ümumən, İran qoşunu Şimali Azərbaycana daxil olan kimi çarizm əleyhinə üsyan dalğası genişləndi. XIX əsrin başlanğıcından etibarən işğal olunmuş Azərbaycan torpaqlarında çarizmin həyata keçirdiyi müstəmləkə siyasəti, ictimai və milli zülm həddini aşmışdı. Bütün bunlar ölkədə çar hökumətinə qarşı güNdən-günə nifrəti artırdı. Hərəkatın əhalinin müxtəlif zümrələrini əhatə etməsinə baxmayaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəəsas məqsədə çevrilmişdi. Ona görə do üsyanlar bütün ölkəni əhatə edirdi. 1826-cı il iyulun 28-nə keçən gecə Gəncədə üsyan başlandı. Şəhərdəki Rus qoşunu darmadağın edildi. Uğurlu xan Gəncəyə daxil oldu.
Talış xanlığında da azadlıq uğrunda mübarizə genişlənirdi. Xanlıqda yerləşən Xəzər dəniz batalyonunun komandanı mayor Ilyinskinin özbaşınalığı nəticəsində 1826-cı il iyunun 4-də Mir Həsən xan İrana qaçmışdı. Onun qayıtması ilə Lənkəranda da üsyan baş verdi.
Bakı xanlığında da həyəcanlar başlanmışdı. Lakin möhkəm qala divarları rus qoşununa keçmiş Bakı xanı Hüseynqulu xanın hücumlarını dəf etməyə imkan verdiyindən, şəhərdə həyəcanlar asanlıqla yatırılırdı. Şirvanda, Qubada, Şəkidə və digər yerlərdə baş vermiş üsyanlar Ölkəni təlatümə gətirmişdi. Geniş xalq kütlələrinin üsyanlarda fəal iştirakı qələbələrin rəhni idi.
Müharibə başlanandan bir neçə ay sonra Rusiyadan Cənubi Qafqaza yeni qoşunlar gəldi. I Nikolay A.
P. Yermolovu, İ.F.Paskeviçləəvəz etdi və rus qoşunu əks hücuma keçdi. 1826-cı il sentyabrın 3-dəŞamxor yaxınlığındakı döyüşdəİran qoşunları ağır məğlubiyyətə uğradı, xeyli tran sərbazı öldürüldü və yaralandı, sağ qalanlar qaçmaqla canlarım qurtara bildilər. Rus qoşunlarının hücumu Abbas Mirzəni Şuşa qalasını mühasirəsindən əl çəkməyə, Şamxor tərəfə hərəkətə məcbur etdi. Bu qoşunlarla rus qoşunları Gəncə yaxınlığında üzləşdilər. Bu dəfə də rus qoşunları üstünlük qazandılar. İran qoşunu darmadağın edildi. Bu qələbə üsyançıların vəziyyətini də ağırlaşdırdı. Rus hərbi cəza dəstələri üsyanları qəddarlıqla yatıraraq üsyançılara divan tuturdular. Döyüşdə Azərbaycan feodallarından və onların nökərlərindən təşkil edilmiş süvari dəstələri də iştirak edirdi. Bu döyüş barəsində Qarabağnamə müəllifi Mirzə Adıgözəl bəy yazırdı:"...Qızılbaşlar basıldılar, məğlubiyyətin qabağını almaq mümkün olmayıb, qaçdılar. Bir gün bir gecə Arazdan keçdilər. "'Rus qoşunları Gəncəni yeni-dən ələ keçirdilər. İran qoşunlarının köməyi ilə öz torpaqlarını geri qaytarmış keçmiş xanların da müqəddəratı faktiki olaraq həll edilmişdi. Lənkəran xanlığı hələlik İran qoşununun əlində qalırdı. Az sonra Rus qoşunları İrəvan və Naxçıvan xanlıqlarına hücum etdilər, xanlıqları tutdular. 1827-ci ilin sonlarında buradan Azərbaycanın cənub torpaqlarına girdilər. Rus qoşunlarının köməyi ilə hakimiyyəti ələ keçirmək istəyən feodallar, həmçinin İran şah hakimiyyətinin zülmündən cana gəlmişəhalinin bir qismi, xüsusilə xristianlar onların Xoy və Təbrizə yürüşünə kömək edirdilər. Rus qoşunları dəstələrin-dən birinin başçısı yazırdı ki, "əhali hər yerdə öz yerində alıb qoşunlarımızı düşmənlər kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, onları qarşılamağa çıxırdı". Camaat qacarların zülmündən o qədər cana doymuşdu ki, sonralar nələr ola biləcəyinin, bir zülmkarın digər müstəmləkəçi iləəvəz olunacağını nəzərə almadan şəhərlərin darvazalarını rus qoşunlarının üzünə açırdılar. Rus qoşunları Təbrizə yaxınlaşanda Təbriz ruhanilərinin başçısı Mir Fəttahın çıxışı iləəhali onları qarşılamağa çıxdı. Təbrizlilər Qacar zülmündən o qədər Əziyyət çəkmişdilər ki, rus qoşununu Tehrana hücum etməyə çağırır, 12 min nəfərlik qoşunla kömək etməyə hazırlaşdıqlarım bildirirdilər.

Rus qoşunu 1827-ci il aprelin 27-də Xudafərin körpüsünü ələ keçirdi. Hələ aprelin 23-dəəsas qüvvələr İrəvana doğru irəlilədi, qala mühasirəyə alındı. Rus qoşunu böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına hücum etdi. Abbas Mirzə iyulda 16 minlik qoşunla qalaya köməyə gəldi. Lakin iyulun 5-də Cavadbulaq döyüşündə məğlub olandan sonra iyulun 7-də təslim oldu. Avqustun 13-də Alagöz dağının ətəklərində baş vermiş döyüşlərdə do ruslar qalib gəldilər. Sentyabrın 20-də Sərdərabad təslim oldu, ayın 26-da yenidən İrəvan qalası mühasirəyə alındı. 1827-ci il oktyabrın 2-də ruslar mərkəzə daxil oldular, 1828-ci ilin yanvarında Qaradağın mərkəzi Əhəri tutdular. Hələ buna qədər Təbrizə yol açılmışdı və oktyabrın 13-də Təbrizə daxil oldular, Az sonra Urmiyya vəƏrdəbili tutdular. Tehrana yol açıldı. Şah İranı danışıqlara girməyə tələsdi. Təbrizdən bir qədər Cənubda olan Türkmənçay kəndində, 1828-ci il fevralın 10-da İranla Rusiya arasında sülh müqaviləsi imzalandı. Türkmənçay danışıqlarında rus yazıçısı A.S.Qriboyedov və A.A.Bakıxanov da iştirak edirdilər. Müqaviləyə görə, çar qoşunları Azərbaycanın cənub torpaqlarından çıxırdı, yenicə tutulmuşİrəvan və Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatıldı. İran şah hökuməti bu müqavilə iləŞimal xanlıqlarının Rusiya tərəfindən zəbtini təsdiq etdi. Bu müqavilə hələ Gülüstan müqaviləsi ilə Rus tacirlərinə verilmiş imtiyazların, həmçinin Xəzər dənizində yalnız Rus hərbi donanmasının saxlanması hüququnu da təsdiq etdi. Müharibədə məğlub olmuşİran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat verməli idi. İran hökuməti təzminatı ödəyib qurtarana qədər zəbt edilmiş Cənubi Azərbaycan vilayətləri Rusiyanın himayəsində qalırdı.
Rusiya-İran müharibəsi qurtarana yaxın Rusiya-Türkiyə münasibətləri kəskinləşdi. Bu iki dövlət arasında 1828-ci ilin aprelində müharibəyə gətirib çıxardı. Qafqaz cəbhəsində Rus qoşunlarının tərkibində dörd Azərbaycan süvari alayı iştirak edirdi. Bu alaylar çar Rusiyasına can-başla qulluq edib torpaq sahələri, vəzifələr almağa can atan bəylərdən, onların nökərlərindən və maaflardan ibarət idi. Çar hökuməti onları eyni zamanda müharibənin gedişində qənimət ələ keçirib varlanmaqla şirnikləndirmişdi, Bir sıra şəhərlərin ələ keçirilməsində bu alayların mühüm rolu olmuşdu. Bir rus yazıçısı alayların döyüşlərini belə mədh edir: "Bu alaylar barəsində mühakimə yürütmək üçün onları döyüşdə görmək hazıradır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş Allahın birdən-birə düşmənlər içərisinə ölüm və dəhşət saçan atəşinə bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xarüqələrini hələ də heyrətlə yad edirəm".
Türkiyə hökuməti rus qoşunlarının ölkənin içərilərinə yeriyəcəyindən ehtiyat edərək sülh müqaviləsi bağlamağa tələs-di. 1829-cu ildəƏdirnədə müqavilə imzalandı. Türkiyə Cənubi Qafqazın çar Rusiyası tərəfindən zəbt olunmasını təsdiq etməli oldu.
Azərbaycanın Rusiya tərəfindən zəbt edilməsinə münasibət birmənalı olmamışdır, onun mənfi nəticələri ilə yanaşı əhəmiyyətli cəhətlərinin olmasına da diqqət verilmişdir. İlk növbədə də qeyd etmək lazımdır ki, Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirdi. Xalqı onun dövlət müstəqilliyindən məhrum etmək ən mürtəce hadisədir. Şimali Azərbaycanın işğalı nəticəsində Azərbaycan xalqının zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə, o demək idi ki, ölkə yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli, öz sənayesi də buna xidmət etməli idi. Bununla da Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsi nəticəsində faciənin başlanğıcı qoyuldu, ölkə iki hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü, Azərbaycanın torpaqları hərraca qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə, on illər boyu davam edən ara müharibələrinə son qoyuldu, xanlıqları dövrünün sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit iqtisadi inkişafı şərtləndirdi, kapitalist istehsalının əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli inkişafı başlandı. Bununla belə, işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması (bu siyahını kifayət qədər uzatmaq mümkündür) onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın varisidir.
Mənbə: http://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/7552/az%C9%99rbaycan%C4%B1n-rusiya-t%C9%99r%C9%99find%C9%99n-i%C5%9F%C4%9Fal%C4%B1-v%C9%99-beyn%C9%99lxalq-n%C9%99tic%C9%99l%C9%99ri.html

No comments:
Post a Comment