Səlcuqlar dövrü

Azərbaycan Böyük Səlcuq imperatorluğunun tərkibində. 
Səlcuq İmperatorluğunun meydana gəlməsi. Səlcuq yürüşlərinin başlanması.
XI əsrin ortalarında 1038-1157 – ci illərdə Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı.
Səlcuqlar oğuzların Qınıq tayfasına məxsus olmuşdur. Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra Səlcuqlar qərbə Xorasana doğru axışmağa başladılar.
Səlcuqun Oğuz yabqusu ilə arası pisləşdiyi üçün Cənt şəhərinə gəldi və İslam dinini qəbul etdi və oğuz yabqusuna illik xərac verməsini dayandırdı.
Səlcuq türklərinin əsas hücum hədəfi daim təhlükə yarada biləcək Bizans torpaqları oldu. Səlcuq oğuzları əvvəlcə Xorasanda məskən saldılar.
Sultan Toğrul (1038-1063). Dövrü:
1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti yarandı.Səlcuq dövlətinin banisi Səlcuqun nəvəsi Toğrul bəy (1038-1063) olmuşdur. Onun hakimiyyəti dövründə Səlcuq dövləti xeyli qüvvətləndi. 
1040-cı ilin Mayın 23-də Dəndənəkan vuruşmasında Səlcuqlar Qəznəviləri darmadağın etdilər. Nəticədə Mərkəzi Asiyanın xeyli hissəsi Səlcuqların əlinə keçdi.
Dəndənəkan döyüşü:
1. Səcuqların siyasi həyatında dönüş nöqtəsi oldu.
2. Bütün Xorasan vilayəti səlcuqların əlinə keçdi.
3. İrana və İraqa gedən yol açıldı.
Dəndənəkan zəfərindən dərhal sonra Mərv şəhərində toplanan Böyük qurultayda Şərqə və Qərbə yeni hərbi əməliyyatlara başlamaq qərara alındı. 
Səlcuqların əsas hücum istiqamətinin İran , Bizans və Cənubi Qafqaz olmasının digər səbəbi isə bu ölkələrin Siyasi dağınıqlığ keçirməsi idi. 
Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqları Səlcuqların nəzarəti altına keçdi.
1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Azərbycanda möhkəmlənən Səlcuqlar Şəddadilərin hərbi qüvvələri ilə birləşərək: 
1048- ci ildə Bizans, erməni və gürcü feodallarını ağır məğlubiyyətə uğratdılar. Bizans Səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Sutan Toğrulun hakimiyyətinin ilk illərində:
1. 1038-1044 – cü illərdə bütün Xorasan və Xarəzm,
2. 1042-1051 – ci illərdə Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçdi.
1055 – ci ildə isə Bağdad da daxil olmaqla İraq tabe edildi. Bunun nəticəsində:
1. Abbasilər xilafəti Səlcuq türklərindən asılı vəziyyətə düşdü.
2. Abbasilər Sultan Toğrulu “Şərqin və Qərbin hökmdarı”kimi tanımağa məcbur oldular.
3. Abbasilər Sultan Toğrulu“Rüknddin”yəni dinin təməli adlandırdılar.
1054 – cü ildə isə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı. Rəvvadi hökmdarı Vəhsudan Səlcuq Sultanına tabe oldu. Rəvvadilər dövləti vassal asılığına salındı. Şəddadi hökmdarı Əbüləsuvar Şavur da Səlcuqlara tabe oldu.
Ümumiyyətlə 1040-1054 – cü illərdə Sistan , Bəlx , Xarəzm , Həmadan ,Qərbi İran, İsfəhan, Əxvaz .Bəsrə və Xuzistan ələ keçirildi. Səlcuqlar əsas rəqiblərindən biri olan Büveyhilər dövlətinin varlığına son qoydular.
Sultan Alp Arslan (1063-1072) dövrü:
Sultan I Toğruldan sonra hakimiyyətə qardaşı Alp Arslan gəldi. Onun dövründə:
1. Səlcuqlar Anadoluya qədər irəlilədilər.
2. Sivas.Qeysəriyyə və Konya şəhərləri , Ərciş, Əhlət,Malazgird ,Mənbiğ kimi qalalar ələ keçirildi.
1066- cı ildə Şirvanda Səlcuqlara qarşı şiddətli müqavimət heç bir nəticə vermədi. Bununla da:
Şirvanşah I Fərübürz: 
1. Səlcuqlara tabe oldu
2. Şirvanşah titulundan məhrum edildi.
1066- cı ildə Sirvanşahlar dövlətinin vassal asılığına salınması ilə Azərbaycan bütünlüklə Böyük Səlcuq imperatorluquna tabe edildi.
Malazgird döyüşü.
Bizans imperatoru Roman Diogen Balkan yarımadasından əlavə qüvvələr toplayaraq güclü ordu yaratdı. Hətta Artmaqda olan türk təhlükəsini görən bir sıra Avropa dövlətləri Bizansa kömək göndərdilər.
1071-ci il avqustun 26-da baş verən Malazgird savaşında Roman Diogenin başçılıq etdiyi Bizans ordusu Alp Arslanın ordusu tərəfindən darmadağın edildi.
Səluqlarla – Bizans arasında 50 il müddətində sülh bağlandı. bağlanan müqaviləyə əsasən:
1. Bizans hər il səlcuqlara vergi verməli 
2. Lazım gəldikdə Səlcuqlara hərbi yardım göstərməli idi.
3. Şərqi Anadolu da türklərə verildi.
Malazgird döyüşü:
1. Ümumdünya tarixində bir dönüş oldu.
2. Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə can atan Bizansın və onun havadarlıq etdiyi erməni –gürcü feodallarının mövqeyi sarıldı.
3. Anadolu həmişəlik türk torpağına çevrildi.
4. Səlcuqlar Bizansın dayağı olan Kiçik Asiyanı fəth etməklə bu dövlətin zəifləməsində və gələcəkdə dağılmasında böyük rol oynadılar.
Bağdad xəlifəsi Qaim-bi-Əmirallah bu qələbə münasibətilə Alp Arslanı təbrik etdi və onu “islamın nuru”və “müsəlmanların xilaskarı” adlandırdı. 
Sultan Məlikşah (1072 -1092) dövrü.
Sultan Məlikşahın hakimiyyəti dövründə: 
1. Səlcuqların yeni torpaqlar ələ keçirməsi prosesi qəti olaraq başa çatdı.
2. Konya və Ankara şəhərlərinin tutulması ilə Qara dəniz boğazlarına və Egey dənizinə qədər olan ərazilər Səlcuqların əlinə keçdi.
Sultan Məlik şahın hakimiyyəti dövrü Səlcuq imperatorluqunun çiçəklənməsi dövrü idi. 
1087 – ci ildə Məlikşah beynəlxalq ticarəti canlandırmaq məqsədilə bütöv bölgələrin tacirlərini bəzi ticarət rüsumlarından azad etdi.
-----------------------------------------------------------------------------------------------------------------------------------
Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik qüvvəyə çevrilməsi.
Səlcuq axınları nəticəsində: 
1. Türk tayfalarının yeni dəstələri Azərbaycanda məskən saldı. 
2. Azərbaycan tür xalqının təşəkkülü prosesi qəti olaraq başa çatdı.
3. Oğuz – türk tayfaları Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi.
4. Bu türk – oğuz qüvvələri Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı.
Qeyd: Səlcuq türklərinin Azərbaycana yürüşləri tarixdə Türdilli tayfaların Azərbycana III axını adlanır.
Çünkü:
Avropa feodallarının Şərq torpaqlarını işğal etmək üçün təşkil etdikləri xaç (səlib) yürüşləri zamanı məhz bu oğuz – türk qüvvələri Səlibçilərə sarsıdıcı zərbə endirməklə Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər.
Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasətini və bu xristian dövlətinə arxalanaraq Azər-baycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarını puça çıxardı.
Feodal münasibətlərinin daha da möhkəmlənməsi. 
Böyük Səlcuq imperatorluğu yaranması ilə bütün Yaxın və Orta Şərqin və Azərbaycanın torpaq mülkiyyəti və vergi sistemində də ciddi dəyişikliklər baş verdi. Beləki:
1. Səlcuq türklərinin axınları dövründə İqta Azərbaycanda və habelə bütün Yaxın və Orta Şərqdə başlıca torpaq mülkiyyətinə çevrildi.
2. Hətta Sultan Məlik Şah 46 min səlcuq süvarisinə iqta paylamışdı.
3. Uc adlanan torpaq mülkiyyəti forması da Səlcuq türklərinin dövründə yaradıldı.
Uc torpaqları Səlcuq imperatorluqunun ucqarlrını – sərhədlərini qoruyan sərkərdələrə paylanmış torpaqlara deyilirdi.
Böyük Səlcuq imperatorluğunun dağılması.
Orta Əsrlərin digər feodal dövlətləri kimi Böyük Səlcuq imperatorluğu da uzun müddət yaşamad. Bunun da bir sıra səbəbləri var idi. Çünkü:
1. Tabe edilmiş ölkələrin , xalqların azadlıq mübarizəsi 
2. 1096-1099 – cu illəri əhatə edən I Səlib yürüşü dövründə Qərbi Avropa səlibçilərinə qarşı mübarizə
3. Kiçik Asiya , Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi
4. Uzun sürən ara müharibələri və İsmaililərin qiyamları da Səlcuq imperatorluqunu zəiflədirdi.
Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq sultanı Sultan Səncərin ( 1118 - 1157) hakimiyyəti dövründə isə:
1. Böyük Səlcuq imperatorluğu faktiki olaraq ayrı – ayrı çüstəqil dövlətlərə parçalandı.
2. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhdləri – yəni şahzadələrin tərbiyəçiləri olan Atabəylər idarə edirdilər.
Böyük Səlcuq imperatorluğunun parçalanmasından sonra yaranmış qüdrətli dövlətlərdən biri 1136-1225 –ci illəri əhatə edən Azərbaycan Atabəyləri – Eldənizlərin idarə etdiyi Eldənizlər – Atabəylər dövləti idi. Böyük Səlcuq imperatorluğu Kirman , Konya, Suriya , İraq səlcuq sultanlıqlarına parçalandı.
Qeyd: Böyük Səlcuq imperatorluğu Klassik feodalizm dövründə yaranmışdır.
Lakin bütün bunlara baxmayaraq- Səlcuq dövlətinin yaradılması ilə:
1. Oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu.
2. İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi.

Elektron kitab - Səlcuqlular

No comments:

Post a Comment

Qədim abidələr xəritəsi