Azərbaycan ərazisində ibtidai icma quruluşu.
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir.Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının. Həmin dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də dörd milyon ildən artıq olması müəyyənləşdirilmişdir.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
İbtidai-icma quruluşu şərti olaraq üç dövrə ayrılır: daş dövrü, tunc dövrü, dəmir dövrü.
Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mağaraların və sığıncaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur.
Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdur. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar, Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.
İbtidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il əvvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır.
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Min illər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən tapılmışdır. Mağaradan əmək alətləri i ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Ov ilk vaxtlar sadə üsullarla edilirdi. İbtidai insanlar, əsasən, xırda heyvanları və iri heyvanların balalarını ovlayırdılar. Onlar, ovçuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qədilə icması formalaşanadək davam etmişdi.
Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var.
Oddan istifadə qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu.
Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanların inam) yaranması ilə bağlıdır. 4
Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmırdı. Çünki insanlar onları asanlıqlaqəlpələyir və ucu iti, dişli-kəzli, oymalı kəsici alətlər hazırlayırdılar.
Orta Paleolit təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Fransada yer adıdır. Bu dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək vərdişləri təkmilləşdirilmişdi.
Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar neandertal adamı adlanır (Neandertal – Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır). Onlar əsasən ovçuluqla – Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıcılıqla) məşğul olmuşlar.
Azərbaycanda bu dövr Azıx mağarasının müəyyən təbəqəsi, Tağlar, Daşsalahlı, Qazma, Zar, Qəbirdərə, Çaxmaqlı, Marallı kimi yaşayış düşərgələri əsasında öyrənilmişdi.
Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır.
Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.
Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.
2. QƏBİLƏ İCMASININ MEYDANA GƏLMƏSİ
Üst paleolit. Ağıllı insan. Paleolitin son mərhələsi üst paleolitdir. Üst paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə. 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda çoxsaylı dəyişikliklər baş vermişdir.
Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öyrənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının və s. nəsli kəsilmişdir. İnsanlar Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi vəs. ovlamışlar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarımdairəvi və uzun qaşovlar, gəzli (yəni kənara dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın («Homo Sapiyens») yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə-əl, dodaq hərəkətləri və s. hərəkətlərlə) başa çalırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.
Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, 5
təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur.
Tədricən ayrı-ayrı ifadələrin birləşməsindən (iki-üç və s. sözdən) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq – danışıq ünsiyyət vasitəsi yaranmışdır. Bu dövrdə ulu icma nəsli-qəbilə icması ilə əvəz olunmuşdur. Nəsli-qəbilə icmasının əsasını qan qohumluğu ilə bağlı olan insanların birliyi təşkil edirdi. Belə quruluş nəsli-qəbilə quruluşu adlanır.
Nəsil qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması ana xaqanlığı (matriarxat) adlanır.
Mezilit dövrü. Ox və kamanın kəşfi. Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.
Mezolit dövründə ox və kaman ixtira edilmimşdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və tədricən heyvanları əhliləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanların əhliləşdirilməsi çox uzun dövr ərzində mümkün olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatını qismən ödədiyinə...görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcəisə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları üzərində həkk olunmuş qayaüstü rəsmlər ibtidai insanların dini görüşlərini, ətraf aləmə münasibətlərini əks etdirir. O dövrün bitki və heyvanat aləmi haqqında məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem (heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür.
Mezolit dövründə insanlar azirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz» düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır. 6
3. İstehsal təsərrüfatının yaranması. Mezolit, neolit və eneolit dövrü
Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycanda bu iki təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.
Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar.
Bəşər tarixindəki bu yeniliklər Neolit inqilabı adlandırılmışdır.
No comments:
Post a Comment