Sasanilər İmperiyası – 226-cı ildən 651-ci ilə qədər müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycanərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Ərdəvanı məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdır.
Tarixi
224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226-241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi. Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (242-272) arasında Mesopotomiya və Ermənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi. I Şapur Qafqazda, Şərqdə, Orta Asiyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişdi. Lakin Şapurdan sonra artan daxili mübarizələr Sasanilər dövlətini xeyli zəiflətdi. Bunun nəticəsində Roma imperatoru Kar ilə mübarizədə məğlub olaraq 283-cü ildə müqavilə bağlandı. Erməni çarlığı Sasanilərin təsirindən çıxdı. IV əsrdə Qafqaz Albaniyası, Mesopotomiya, Ermənistanın yarısı Sasani imperiyasının tərkibinə daxil edildi.
İnzibati bölmələri
Sasanilər zamanı Azərbaycanda önəmli dəyişikliklər üz verir. Xosrov Ənuşirəvan (səltənət 531-578 M.S)[2] (bəzi qaynaqlarda Qubad şahın zamanından [3]) İranı dörd yerə bölüb, dörd "sepəhbod"a tapşırır. Bu bölümlər "Kust" adlanırlar. İranın kostları bunlardan ibarətidilər:
1) kust ī xwarāsān “quzey doğu kustu (Xorasan) kustu” 2)xwarwarān “güney batı kustu” 3)kust ī nēmrōz “güney doğu kustu” 4)kust ī ādūrbādagān “quzey batı kostu”[1]
Şirvan və Aran hər ikisi ādūrbādagān kustunda yerləşirdilər və bunların şahları ādūrbādagān sepəhboduna tabidirlər. ādūrbādagān sepəhbodu iranın ən güclü sepəhboduidi. Hər üç sepəhbod təkcə gümüş bir təxtdə oturmağa icazələri varidi vəli ādūrbādagān sepəhbodu qızıl təxtdə əyləşirdi.[2]
Adūrbādagān kustunun şəhristanları (pəhləvi dilində şəhristan=şəhər) İranın şəhristanları [4]. kitabında belədir:
> Azərbaycan kustu< 56- Azərbaycan şəhristanın Azərbaycanın sepəhbodu İran goşnəsb tikibdir.
57- Van şəhristanı Van Goləxş (Bəlaş) ın qızı ki Jeyqobqdnan izdivac edib tikib, nə Tur bəradərvəş kərəb sehrlə oranı Ərvəndəsb (Ərcasb) deji kimi əvəzləyib, öz canın qorumaq üçün.
58- Azərbaycan kustunda Gəncə (Gənzək-Şiz) şəhristanın Turanlı Əfrasyab (Alpərtunqa) tikib.
59- Amvi şəhristanın (=Amol) Zəndiq-e por mərg (Ölü dolumlu zəndiq) tikib.
60- Rey şəhristanı ..... və Zərdüşt sepitaman oölu bu şəhristandan idi.
Azərbaycan Sasanilər dövründə[redaktə | əsas redaktə]
Albaniya 262-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənurşirəvanın dövründə Albaniya, Atropatena və İberiya sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə DərbəndHun qapıları və ya Dəmir qapı adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.
III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək əsir aldı. 359-cu ildə Sasanilər Amid döyüşündə Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. 371-ci ildə Roma ilə Sasanilər arasında Dzirav döyüşü baş verdi. Bu döyüşdə alban hökmdarı Urnayr Sasanilər tərəfindən vuruşurdu. Bu döyüşdə Roma və erməni qüvvələri qalib gəldi.[7]
Hökmdarları
Sasani hökmdarları özlərini şahanşah (yəni şahların şahı) adlandırırdılar. 651-ci ildə şahanşah III Yəzdigərdin Ərəb xilafətinə məğlub olması nəticəsində Sasani İmperiyasına son qoyulmuşdur.
Sıra | Hakimiyyət müddəti | Portreti | Adı | Digər şahlarla əlaqəsi |
---|---|---|---|---|
1 | 224 - 242 | I Ərdəşir | Sülalə banisi | |
2 | 240 - 270 | I Şapur | I Ərdəşirin oğlu | |
3 | 270 - 271 | I Hürmüz | I Şapurun oğlu | |
4 | 271 - 274 | I Bəhram | I Şapurun oğlu | |
5 | 274 - 293 | II Bəhram | I Bəhramın oğlu | |
6 | 293 | III Bəhram | II Bəhramın oğlu | |
7 | 293 - 302 | Narse | I Şapurun oğlu | |
8 | 302 - 309 | II Hürmüz | Narsenin oğlu | |
9 | 309 | Atur Narse | II Hürmüzün oğlu | |
10 | 309 - 379 | II Şapur | II Hürmüzün oğlu | |
11 | 379 - 383 | II Ərdəşir | II Hürmüzün oğlu | |
12 | 383 - 388 | III Şapur | II Şapurun oğlu | |
13 | 388 - 399 | IV Bəhram | III Şapurun oğlu | |
14 | 399 - 420 | I Yezdəgird | III Şapurun oğlu | |
15 | 420 | IV Şapur | I Yezdəgirdin oğlu | |
16 | 420 | Qəsbkar Xosrov | IV Bəhramın oğlu | |
17 | 420 - 438 | V Bəhram | I Yezdəgirdin oğlu | |
18 | 438 - 457 | II Yezdəgird | V Bəhramın oğlu | |
19 | 457 - 459 | III Hürmüz | I Yezdəgirdin oğlu | |
20 | 459 - 484 | I Firuz | II Yezdəgirdin oğlu | |
21 | 484 - 488 | Balaş | II Yezdəgirdin oğlu | |
22 | 488 - 496
498 - 531
| I Qubad | I Firuzun oğlu | |
23 | 496 - 498 | Caməsp | I Firuzun oğlu | |
24 | 531 - 579 | I Xosrov Ənuşirəvan | I Qubadın oğlu | |
25 | 579 - 590 | IV Hürmüz | I Xosrov Ənuşirəvanın oğlu | |
26 | 590
591 - 628
| II Xosrov | IV Hürmüzün oğlu | |
27 | 590 - 591 | VI Bəhram | II Xosrovun qaynı | |
28 | 590 - 591 | Vistəhm | II Xosrovun dayısı | |
29 | 628 | II Qubad | II Xosrovun oğlu | |
30 | 628 - 629 | III Ərdəşir | II Qubadın oğlu | |
31 | 629 | Şəhrvəraz | IV Hürmüzün kürəkəni | |
32 | 629 - 630
631 - 632
| Borandoxt | II Xosrovun qızı | |
33 | 630 | V Şapur | Şəhrvərazın oğlu | |
34 | 630 - 631 | Azərmidoxt | II Xosrovun qızı | |
35 | 630 - 631 | V Hürmüz | Vistəhmin qardaşı oğlu | |
36 | 630 - 631 | VI Hürmüz | II Xosrovun nəvəsi | |
37 | 631 | IV Xosrov | I Xosrovun qız tərəfdən nəticəsi | |
38 | 631 | V Xosrov | II Xosrovun oğlu | |
39 | 632 - 651 | III Yezdəgird | II Xosrovun nəvəsi |
Süqutu[redaktə | əsas redaktə]
Sasani hökmdarı III Yəzdigərd İsfahandan imperiyanın hər tərəfinə məktublar göndərərək xalqını qurtuluş savaşına çağırırdı. İmperiyanın müxtəlif bölgələrində artıq hərbi birləşmələr yaradılırdı. Bu xəbərləri eşidən Xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu topladı və bu ordunun başına Neman ibn Muqərrini təyin etdi. Sasani ordusuna isə məşhur sərkərdə Mərdanşah Hörmüz başçılıq edirdi.
Numani yazır: "642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında 3 gün davam edən misli görünməmiş qanlı döyüş başladı. Bu döyüşdə qan su yerinə axırdı. O dərəcədə ki, insanlar və atlar döyüş meydanındakı qan selindən ayaq üstə dayana bilmir, sürüşüb yıxılırdılar. Sayca xeyli üstün olan ərəb ordusunun qələbəsi ilə bitən döyüşdə 50 mindən artıq döyüşçü həlak oldu..."
Xilafət ordusu baş komandan Neman ibn Muqərrin də başda olmaqla 20 minədək şəhid vermişdi. 30 minədək Sasani döyüşçüsü məhv edilmişdi.
Numani yazır ki, Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və nəhəng imperiya sürətlə yıxılmağa başladı. Arranlılar qalalara qapanaraq müqavimət göstərməyə başladılar.
Zərrinkubun yazdığına görə, xilafət tarixində Nəhavənd döyüşü "zəfərlər zəfəri" adlandırılmışdı. Belə ki, bu döyüşdən sonra ərəblər qədim və zəngin imperiyanı zəbt etmişdilər. Ömər ibn Xəttab III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün ərəb ordusuna Arranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdigərdə kömək etməkdən çəkindirməyi əmr etmişdi.
Nəhavənd döyüşündən sonra Ömər ibn Xəttab sərkərdə Huzeyfə ibn-ul-Yəmana Azərbaycan üzərinə hərbi yürüşə çıxmağı əmr etdi. Nəhavənddən hərbi yürüşə başlayan Huzeyfə ibn-ul-Yəman Azərbaycanın cənub-şərqində yerləşən Ərdəbil şəhəri ətrafına gəldi. O dövrdə Ərdəbil Cənubi Azərbaycanın əsas mərkəzi idi. Belə ki, Sasani canişini bu şəhərdə yaşayırdı. Canişin Bacərvan, Şiz, Miyanəc və s. şəhərlərdən topladığı ordu ilə Huzeyfə ibn-ul-Yəmanın ordusunu qarşıladı. Ərdəbil yaxınlığında baş vermiş müharibə müsəlmanların qələbəsi ilə başa çatdı.
Xilafət ordusu Ərdəbildən Xəzər boyunca şimala doğru hərəkət edərək Muğana gəldi, Azərbaycanın şimalında daha ciddi müqavimətə rast gələn ərəblər sonda yerli əhali ilə saziş bağladı.
Tezliklə xilafət ordusu İsfahana yaxınlaşdı. İsfahan hakimi Fədusfan xalqı qırğına verməmək üçün qaladan çıxıb ərəb komandanı Abdullah ibn Abdullah əl-Ənsari ilə saziş bağlayaraq İsfahanı düşmənə təslim etdi. Sazişə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlmanlara veriləcəkdi.
Həmədan şəhərinin əhalisi az sonra üsyan qaldırdılar. Xəlifə Ömər Nueym ibn Muqərrinə məktub yazaraq öz ordusu ilə Həmədana getməyi əmr etdi. Nueym 12 minlik ordu ilə Həmədana yürüş etdi. Yenidən sülh müqaviləsi bağlandı.
Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycanın digər cənub əyalətlərinin əhalisi ərəblərlə vuruşmaq üçün öz qüvvələrini birləşdirərək savaşa hazırlaşırdılar. Azərbaycan ordusuna İsfəndiyar Fərruxzad komandanlıq edirdi. Həmin vaxt bizanslılar da Azərbaycana köməyə gəlmişdilər.
643-cü ildə Vaci Ruz adlı yerdə türk və ərəb orduları qarşılaşdılar. Şiddətli vuruşma baş verdi və döyüş xilafət ordusunun qələbəsi ilə bitdi. Vaci Ruz döyüşündən sonra Ömər ibn Xəttabın əmri ilə Nueym ibn Muqərrin Rey şəhərini mühasirəyə alaraq zəbt etdi[8].
III Yəzdigərdi təqib etməyə çalışan ərəblər onun yerləşdiyi şəhərləri zəbt etməyə cəhd edirdilər. Həmədan və Reyin işğalından sonra Sasani şahının şimala gedərək Xəzər xaqanının yanında sığınacaq tapma ehtimalı da aradan qalxmışdı.
642-644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin işğalı ilə qədim və zəngin Arran ölkəsi demək olar ki, tamamilə xəlifənin əlinə keçmiş, beləcə möhtəşəm Sasani imperiyası da tarix səhnəsindən silinib getmişdi[Mənbə göstərin] (mənbə- Kitapçı).
Ümumiyyətlə, Ömər ibn Xəttabın xəlifəlik müddəti xilafət tarixinin ən çox istilalarla yadda qalan dövrüdür. Belə ki, İraq, Suriya, İordaniya, Misir, Gürcüstan, Arran və Azərbaycan, həmçinin Şimali Afrikadakı məmləkətlər məhz onun dövründə işğal edilərək ərəb dövlətinin ərazisinə daxil edildi.
639-cu ildə xəlifə Ömərin əmri ilə Utbə ibn Fərqəd Fərat çayı boyunca şimal istiqamətində hərəkətə keçərək çayın qərb və şərq sahillərini və Mosul şəhərini ələ keçirmişdi. Oradan şimal-şərqə istiqamət alan Utbə ibn Fərqəd Azərbaycanın daha iç ərazilərinə daxil olmuş və Urmiya şəhərini zəbt etmişdi. Urmiya gölünün qərb sahili ilə şimala irəliləyən İslam ordusu Səlmas və Xoy şəhərlərini də ələ keçirmişdi.[9]
Hələ 639-cu ildə Ömər ibn Xəttab Sasani əsgərlərinin harada olursa olsun təqib olunması və qətlə yetirilməsi haqqında ərəb sərkərdələrinə fərmanlar göndərmişdi. Bu əmrlərə əsasən Kufə və ətrafında yerləşən ordu hissələri İsfahan və Rey istiqamətində hücuma keçmişdilər[10].
No comments:
Post a Comment