Şahmat oyunu Azərbaycanda qədim tarixə malikdir. Xəqani (XI əsr), Nizami (XII əsr), Nəsimi (XIV əsr), Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Düma Azərbaycanda olarkən Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir M.F.Axundov oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir.
1926-cı ildə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir. Turnirin qalibi K.Səlimxanov olmuşdur. 50-ci illərin sonunda istedadlı şahmatçı S.Xəlilbəyli SSRİ idman ustası adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı olmuşdur. Otən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verildi. Bu da tezliklə bəhrəsini verdi. Azərbaycan dünya şahmatına Harri Kasparov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Vladimir Akopyan və Emil Sutocskiy kimi şahmatçılar vermişdir.
H.Kasparov, F.Sideifzadə, E.Məhərrəmov, A.Hüseynov A.Sofiyeva, F.Vəlixanlı, İ.Qədimova SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanmışlar. 1992-ci ildə qızlardan ibarət yığma komanda Filippinin paytaxtı Manila şəhərində Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə çıxış edərək 67 komanda arasında yüksək 7-ci yeri tuta bilmişlər. 1993-cü ildə isə Avropa komanda çempionatında (Debretsen, Macarıstan) həmin komanda bürünc medallara layiq görüldü. Son 14 ildə respublikada yeniyetmələrin dünya və Avropa çempionatlarında 70 medal qazanmışlar. 2002-ci ildə gənclər arasında Avropa çempionatı, Bakıda bir il sonra isə dünya çempionatı Naxçıvanda keçirildi. Bu çempionatlarda Azərbaycanı təmsil edən şahmatçılar - Z.Məmmədyarova (bir qızıl, bir gümüş), Ş.Məmmədyarov (bir bürünc, bir qızıl), V.Həşimov (bir gümüş) beş medala layiq görülmüşlər. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın qüvvətli qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər keçirilmişdir. Bu təşkilatı uğurların nəzərə alaraq Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsinin keçirilməsini 2008-ci ildə Bakıya həvalə etdi. Son illərdə Azərbaycan şahmatçıları T.Rəcəbov, Ş.Məmmədyarov və V.Həşimov dünyanın qabaqcıl şahmatçıları sırasına çıxa bilmişlər. 2007-ci ilin sonunda kişilər arasında seçmə komanda Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında ilk dəfə Azərbaycana bürünc medallarla qayıtmışdır.
FİDE-nin siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.
Şahmatçılar:

- Aynur Sofiyeva
- Emil Sutocskiy
- İlahə Qədimova
- Harri Kasparov
- Füruzə Vəlixanlı
- Şəhriyar Məmmədyarov
- Teymur Rəcəbov
- Vüqar Həşimov
- Zemfira Məmmədyarova
No comments:
Post a Comment