Attila, Atilla (d. 406 - ö. 453) — dünyanın ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır.
Attilanın atası Muncuq Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib.
Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (ing. Scourge of God; it. Flagello di Dio; fr. Fléau de Dieu; lat. Flagellum Dei) olaraq adlanır. Amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.
Çingiz Xan (monq. Чингис Хаан; d. 1162 - ö. 11 avqust 1227) - görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.
-Cingiz xan orduda bir çox islahatlar aparmışdı. Həmin islahatlardan bəziləri aşağıdakılar idi:
1- Bir qadına və çocuğa qılınc qaldırana ölüm.
2- Yolçuya barınaq və yeyəcək verməyənə ölüm.
3- Oğurluq (çalıntı) malı satana ölüm.
4- Oğurluq olduğu bilinən malı alana ölüm.
5- Çaparı (xəbərçini), elçini öldürənə ölüm.
6- Savaşda qılınc buraxana ölüm.
7- Qılınc buraxanın yoldaşına da ölüm.
8- Fərarilik edən kişiyə ölüm.
9- Təslim olan düşməni öldürən əsgərə ölüm.
10- Erkəklə cinsi əlaqədə bulunan erkəyə ölüm (hər ikisinə də).
Teymur (9 aprel 1336, Hoca-İlqar kəndi, müasir. Şaxrisabz, Özbəkistan — 18 fevral 1405, Otrar, müasir Qazaxıstan; Çağatay dilində تیمور (Temür, Tēmōr) — "dəmir") — görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.
Teymur başlıca olaraq özünün doğma şəhəri Mavərənnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının son illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər (1398-ci ildə Əfqanıstandayeni suvarma kanalı çəkilir, 1401-ci ildə isə Cənubi Qafqazda və s.)
Şah İsmayıl ( I İsmayıl və ya Şah İsmayıl Səfəvi (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; d. 17 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; şair.
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində qismən də fars və ərəbcə yazmışdır.
I Şah Abbas və ya I Abbas (27 yanvar 1571 – 19 yanvar 1629) — Səfəvilər xanədanlığından olan 5-ci şah
Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.
Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir: "Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun. Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.
No comments:
Post a Comment