Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. |
1. Abbasov Sabir Rzaqulu oğlu
2. Abbasov Zohrab Heydərəli oğlu
3. Abbasova Fəridə Nəriman qızı
4. Abdullayev Eyyub Mahmud oğlu
5. Abdullayev Tariyel Hacıbala oğlu
6. Abdullayev Zahid Abdulla oğlu
7. Abduyev Tariyel Oruc oğlu
8. Ağahuseynov Ağahəsən Yarı oğlu
9. Ağahuseynov Nurəddin Aslan oğlu
10. Ağaverdiyev Aslan Əlikram oğlu
11. Alimov Ramis Xarisovic
12. Allahverdiyev İlham Əjdər oğlu
13. Allahverdiyev Nəriman Əmir oğlu
14. Allahverdiyev Ruslan Kamal oğlu
15. Allahverdiyeva Fərizə Coban qızı
16. Alməmmədov Teymur Yəhya oğlu
17. Atakişiyev Bəhruz Tofiq oğlu
18. Atakişiyev Şakir Xandadaş oğlu
19. Babayev Əlovsət Hidayət oğlu
20. Babayev Fuad Yavər oğlu
21. Babayev Rahim Vaqif oğlu
22. Babayeva Surəyyə Lətif qızı
23. Bağırov Baloğlan Həbib oğlu
24. Bağırov Telman Malik oğlu
25. Baxşəliyev Elcin Mirzə oğlu
26. Baxşıyev Salman Babaxan oğlu
27. Bayramov İsabala Əli oğlu
28. Bessantina Vera Lvovna
29. Bədəlov Rovşən Seyfulla oğlu
30. Boqdanov Valeriy Zakirovic
31. Bunyadzadə Ulvi Yusif oğlu
32. Cabbarov Firuz Vəli oğlu
33. Cavanşirov İlkin Zulqədər oğlu
34. Cəfərov Əbulfəz Boyukağa oğlu
35. Durdıyev Anagəldi
36. Eminov Vəfadar Osman oğlu
37. Əbilhəsənov İlqar Yusif oğlu
38. Əbulfətov Mircamal Mirsaleh oğlu
39. Əhmədov İlqar Hümbət oğlu
40. Ələkbərov Azər Nəsib oğlu
41. Ələsgərov Zaur Rasim oğlu
42. Əliyev Əruz Əhmədəli oğlu
43. Əliyev Bayram Mədət oğlu
44. Əliyev Cingiz Mirzəhüseyn oğlu
45. Əliyev Xəlqan Yusif oğlu
46. Əliyev Namiq Kamil oğlu
47. Əliyev Rustəm Şahvələd oğlu
48. Əliyev Zəbbulla Xeyrulla oğlu
49. Əliyev Zahid Bayram oğlu
50. Əlizadə Faiq Əbdulhuseyn oğlu
51. Əsədullayev Asif Kamil oğlu
52. Əsgərov Novruz Faiq oğlu
53. Əşrəfov Rəhman İsmixan oğlu
54. Əzizov Habil Komunar oğlu
55. Hacıyev Mübariz Məhəmməd oğlu
56. Həmidov İzzət Atakişi oğlu
57. Həmzəyev Balahüseyn Mirqəzəb
58. Həsənov Əli Xudaverdi oğlu
59. Həsənov Fuad Əvəz oğlu
60. Həsənov Mehman İbrahim oğlu
61. Həsənov Müzəffər Qəzənfər oğlu
62. Həsənov Sahib Nəsib oğlu
63. Həşimov İsrafil Ağababa oğlu
64. Hüseynov Bəxtiyar Məmməd oğlu
65. Hüseynov Əlimərdan Əbil oğlu
66. Hüseynov Nəriman Vəli oğlu
67. Hüseynov Nizami Polad oğlu
68. Hüseynov Rahib Məmməd oğlu
69. Xammədov Baba Məhəmməd oğlu
70. Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu
71. Xaritonov Vladimir Aleksandroviç
72. İbadzadə Ağamehdi Seyfulla oğlu
73. İbrahimov İbrahim İsmayıl oğlu
74. İbrahimov İlqar Rəşid oğlu
75. İmanov Elçin Beydulla oğlu
76. İsayev Fəxrəddin Xudu oğlu
77. İsayev Müşviq Ağaəli oğlu
78. İsayev Rauf Sultanməcid oğlu
79. İsmayılov Cavad Yunus oğlu
80. İsmayılov Məmmədəli Novruz oğlu
81. İsmayılov Rəşid İslam oğlu
82. İsmayılov Tofiq Babaxan oğlu
83. İsrayılov Ağanəzər Araz oğlu
84. Kazımov Əflatun Həşim oğlu
85. Kərimov Aleksandr Ramazan oğlu
86. Kərimov İlqar İsa oğlu
87. Kərimov Oqtay Ayvaz oğlu
88. Marxevka Aleksandr Vitalyeviç
89. Meyeroviç Yan Maksoviç
90. Məmmədov Eldar Zeynal oğlu
91. Məmmədov İbiş Behbud oğlu
92. Məmmədov İlham İslam oğlu
93. Məmmədov Kamal Seyidqurban
94. Məmmədov Mehman Sahibəli oğlu
95. Məmmədov Məmməd Yarməmməd
96. Məmmədov Rahim Vəliağa oğlu
97. Məmmədov Səxavət Heydər Əli
98. Məmmədov Şahin Zahid oğlu
99. Məmmədov Vaqif Məmməd oğlu
100. Məmədov Vidadi Üzeyir oğlu
101. Məmmədova Larisa Fərman qızı
102. Məmmədova Svetlana Həmid qızı
103. Mirzəyev Azad Əliheydər oğlu
104. Mirzəyev Elçin Hüseynqulu oğlu
105. Mirzəyev Vaqif Səməd oğlu
106. Mövlüdov Fuad Fərhad oğlu
107. Muxtarov Rasim Mustafa oğlu
108. Muradov Mehman Əsəd oğlu
109. Mursaqulov İsmayıl Həsən oğlu
110. Musayev Tofiq Ayvaz oğlu
111. Mustafayev Mahir Vaqif oğlu
112. Nəsibov Allahyar İsgəndər oğlu
113. Nəsirov Yanvar Şirəli oğlu
114. Nikolayenko Alla Alekseyevna
115. Nişşenko Andrey Aleksandroviç
116. Novruzbəyli Ağabəy Oqtay oğlu
117. Novruzov Tofiq Heydər oğlu
118. Nuriyev Zahir Zəbi oğlu
119. Orucov Rafiq Ümid oğlu
120. Orucov Rəfael Ümid oğlu
121. Orucov Şəmsəddin Əbilhəsən oğlu
122. Poladi Saleh Əliqulu oğlu
123. Qayıbov Ələsgər Yusif oğlu
124. Qarayev İlqar Əli oğlu
125. Qasımov Abbas Şəmməd oğlu
126. Qasımov Yusif İbrahim oğlu
127. Qeybullayev Elçin Suyəddin oğlu
128. Qəniyev Mirzə Rzabala oğlu
129. Qocamanov Əliyusif Bilal oğlu
130. Quliyev Səxavət Balay oğlu
131. Rəhimov Rəhim İsmayıl oğlu
132. Rəhmanov İslam Oqtay oğlu
133. Rüstəmov Rövşən Məmməd oğlu
134. Rzayev Azad Allahverdi oğlu
135. Sadıqov Yusif Allahverdi oğlu
136. Salahov Şərafəddin Müzəffər oğlu
137. Salayeva Sevda Məmmədağa qızı
138. Semyonov Vladimir Aleksandroviç
139. Səfərov Bafadar Ağamirzə oğlu
140. Şərifov Mürvət Rəhim oğlu
141. Tokarev Vladimir İvanoviç
142. Tuxtamışov Fərqat Şərifullayeviç
143. Turabov Tengiz Məmməd oğlu
144. Yaqubov Nüsrət İsmayıl oğlu
145. Yefimiçev Boris Vasilyeviç
146. Yusupov Oleq Kərimoviç
147. Zülalov İsbəndiyar Adil oğlu
Xocalı faciəsi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Xocalı - əsas hədəf
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş
azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:
Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı. 1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.
Hücumun gedişatı
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.
Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün azad dəhliz
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur. Şəhərdə qalmış əhalinin müqəddəratı
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.
Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti
Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.
Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.
Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.
Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.
Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.
366-cı alay
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
Tarix unutmayacaqdır
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.
1.Abbasova Məryəm Məşədi qızı (1932-1992) itkin
2.Abışova Çinarə Nazim qızı (1982-1992) itkin
3.Ağayev Allahverdi Səttar oğlu (1982-1992) itkin
4.Ağayev Vüsal Səttar oğlu (1982-1992)
5.Ağayarova Sevinc İsa qızı 7 yaş
6.Ağayarov Nəbi İsa oğlu 11 yaş
7.Ağayarov Roman İsa oğlu 6 yaş
8.Allahverdiyev Mahir Novruz oğlu (1975-1992) itkin
9.Allahverdiyev Mumuş ... oğlu 54 yaş
10.Allahverdiyeva Kifayət ... qızı (?-1992)
11.Allahverdiyev Bəhram Mumuş oğlu 17 yaş
12.Cabbarov Azad Pirqulu oğlu (?-1992) itkin
13.Cəbrayılova Səmayə Sarı qızı (1950-1992) qətl
14.Cəfərov Samir Tacir oğlu 5 yaş itkin
15.Cəfərov Nüsrət (Anar) Fazil oğlu 17 yaş itkin
16.Çobanova Nəzakət Tapdıq qızı 8 yaş
17.Əliyev Elçin Firdovsi oğlu 10 yaş itkin
18.Əliyev Elgiz Firdovsi oğlu 8 yaş itkin
19.Əliyev Elşən Əbil oğlu 5 yaş
20.Əliyev Səbuhi Cahangir oğlu 11 yaş itkin
21.Əliyev Səlim Cahangir oğlu 5 yaş itkin
22.Əliyev Ülfət İman oğlu (1972-1992)
23.Əliyeva Sürəyya Bayram qızı (1934-1992)
24.Əliyeva Sürəyya Behbud qızı (1933-1992)
25.Əliyeva Səhər Çərkəz qızı (1932-1992)
26.Əliyeva Xavər Yusif qızı (1928-1992)
27.Əliyeva Çiçək Ələsgər qızı (1931-1992)
28.Əliyeva Heyran Mürşüd qızı (1962-1992)
29.Əliyeva Yeganə Məhərrəm qızı 1.5 yaş
30.Əliməmmədov Namiq Şahmalı oğlu (?-1992)
31.Əliməmmədov Faiq Şahmalı oğlu (?-1992)
32.Ələkbərov Səxavət Təvəkkül oğlu 9 yaş
33.Ələkbərov Təvəkkül Ələkbər oğlu (?-1992)
34.Ələkbərov Əsgər Qurban oğlu (?-1992)
35.Ələkbərova Zeynəb Cümşüd qızı (?-1992)
36.Ələsgərov Vahid Rəşid oğlu (?-1992)
37.Ələsgərov Məzahir Məhərrəm oğlu (1969-1992)
38.Əsgərov Eldar Nizami oğlu (1986-1992)
39.Əsgərov Nizami Nizami oğlu (1960-1992)
40.Əsgərov Xəzani Kərəm oğlu (1962-1992)
41.Əsədov Yalçın Asif oğlu (1957-1992)
42.Əhmədzadə Şahin Əyyub oğlu (1957-1992)
43.Əhmədov Vaqif İslam oğlu (1957-1992)
44.Əhmədov Eldar Nayıb oğlu (1945-1992)
45.Əhmədov İbrahim Səfər oğlu (1958-1992)
46.Əhmədov Yelmar Nayıb oğlu (1963-1992)
47.Əhmədov Natiq İlyas oğlu (1968-1992)
48.Əhmədov Natiq Kəriş oğlu (1967-1992)
49.Əhmədov Rəfail Nayıb oğlu (1948-1992)
50.Əhmədov Həsən Hümbət oğlu (1948-1992)
51.Əhmədova Durna Salman qızı (1922-1992) itkin
52.Əhmədova Zibeydə Bədəl qızı (1928-1992)
53.Əhmədova Sərvinaz Muxtar qızı (1900-1992) 92 yaş
54.Əmirov Təvəkkül Baxış oğlu (1954-1992) qətl
55.Əmirova Raya Qabil qızı (1959-1992) qətl
56.Əmirova Xəzəngül Təvəkkül qızı (?-1992)
57.Əmirova Yeganə Təvəkkül qızı 6 || (1986-1992) qətl
58.Əmirova Raya Qabil qızı 1959-1992)
59.Əzimov Natiq Abbasqulu oğlu 6 (1986-1992) şəhid
60.Əzimov Həsənbala Şahmar oğlu (1935-1992) qətl
61.Əzimova Pərvanə Hüseyn qızı (1947-1992) qətl
62.Fərzəliyev Qədim Fərzəli oğlu (1933-1992)
63.Hacıyev Əlif Lətif oğlu (1953-1992)
64.Hacıyev Tahir Hacı oğlu 1957 itkin
65.Hüseynov Tofiq Mirsiyab oğlu || 38 (1954-1992)
66.Həsənov Elgün Nazim oğlu || 4 yaş
67.Həsənova Aygün Nazim qızı || 1.5 yaş
68.Səlim Kərim oğlu (1963-1992) qətl
69.Hümbətov Talış İsgəndər oğlu (1931-1992) itkin
70.Hüseynov Hüseyn İsmayıl оğlu (1934-1992) itkin
71.Hüseynov Zöhrab Hüseyn оğlu (1973-1992) itkin
72.Hüseynova Maral Kamil qızı || 6 yaş
73.Hüseynov Hüseyn Fərəc оğlu || ? || || şəhid
74.Hüseynov Rəşid Hüseyn оğlu || 28 (03.10.1963-1992) şəhid
75.Hüseynov Məhsəl Elxan oğlu || 3 aylıq || || itkin
76.Hüseynov Rəcəf Elxan oğlu || 5 yaş itkin
77.Hüseynova Əzizə Alış qızı (1950-1992) itkin
78.Hüseynova Xoşbəxt Hüseyn qızı (1963-1992) itkin
79.Hüseynova Səbinə Elxan qızı || 4 yaş itkin
80.Hüseynova Nəsibə Hüseyn qızı (1980-1992) 10 yaş itkin
81.Hüseynova Süsən Hüseyn qızı (1971-1992) itkin
82.Hüseynova Mehriban Allahverdi qızı (?-1992) itkin
83.Hüseynova Zinət Yunis qızı (?-1992)
84.Rüstəmov Füzuli Salah oğlu 26 (1965-1992)
85.Xəlilova Lalə Tahir qızı || 4 || 86.Qasımova Rəsmiyyə Ağa qızı || 11 yaş itkin
87.Qənbərov Emin Səfər oğlu || 6 yaş
88.Qənbərov Səfər Qarsalan oğlu || 31 yaş
88.Qənbərova Esmira Səfər qızı || 7 yaş
89.Qənbərova Mətanət Hacı qızı || 25 yaş
90.Qənbərova Validə Boran qızı || 51 yaş
91.Quliyev Aqil Sahib oğlu (1963-1992) 92.Quliyev Əkbər Zəkara oğlu || 30 yaş
93.Quliyev Mikayıl Zahid oğlu (1965) itkin
94.Quliyev Samir Taleh oğlu || 2 yaş
95.Quliyev Şükür Qaryağdı oğlu || 7 yaş itkin
96.Quliyev Tahir Soltan oğlu || 36 yaş
97.Quliyev Taleh Zəkara oğlu || 25 yaş
98.Quliyev Vüqar Zahid oğlu (1975) qətl
99.Quliyev Zakir Lətif oğlu || 27 yaş
100.Quliyev Zəkara Qəmiş oğlu || 60 yaş
101.Quliyeva Nuranə Qaryağdı qızı || 13 yaş itkin
102.Quliyeva Pərvanə Qaryağdı qızı || 13 yaş
103.Quliyeva Rəvanə Qaryağdı qızı || 16 yaş itkin
104.Quliyeva Sara Hüseyn qızı || 37 yaş
105.Quliyeva Sevinc Əkbər qızı || 7 yaş
106.Quliyeva Şura Şəmil qızı || 56 yaş
107.Quliyeva Zəhra Lətif qızı || 24 yaş
108.Mahmudov Əhliman Behbud oğlu (1941-1992) şəhid
109.Mahmudova Roza Səfər qızı (1930-1992) şəhid
110.Mehdiyeva Aysel Murad qızı || 5 (1987-1992) şəhid
111.Mehdiyeva Gülmirə Murad qızı || 2 (1989-1992) şəhid
112.Mehralıyeva Gülzar Gülalı qızı itkin
113.Mehrəliyev Orxan Əli oğlu (1971-1992) şəhid
114.Məhərrəmov Vaqif Cəmil oğlu (1951-1992) itkin
115.Məhərrəmova Bəsirə Vəli qızı (1956-1992) şəhid
116.Məhərrəmova Nazlı Vəli qızı (1953-1992) itkin
117.Məmişov Şahin Talış oğlu (1959-1992) əsir, itkin
118.Məmişov Talış Hüseyn oğlu (1921-1992) şəhid
119.Məmmədov Arif İbad oğlu (26.02.1956-1992) şəhid
120.Məmmədov Məmməd Qədir oğlu (1935-1992)
121.Məmmədov Məmməd Rəhim oğlu (1945-1992)
122.Məmmədov Möhlət Məmməd oğlu || 15 (1977-1992) itkin
123.Məmmədov Ramil Cəlal oğlu (1951-1992) şəhid
124.Məmmədov Rasif Salman oğlu (1967-1992) şəhid
125.Məmmədov Razmik Suren oğlu (1965-1992)
126.Məmmədov Saday Süleyman oğlu (1936-1992) itkin
127.Məmmədov Səfəralı Mehdi oğlu (1918-1992) qətl
128.Məmmədov Söhbət Məmməd oğlu (1976-1992) itkin
129.Məmmədov Talış İmran oğlu (1934-1992) itkin
130.Məmmədov Vaqif Şəmil oğlu (1951-1992)
131.Məmmədov Vaqif Şükür oğlu (1940-1992)
132.Məmmədov Vasif Salman oğlu (1965-1992) şəhid
133.Məmmədov Yaşa Yusif oğlu (18.06.1956-1992)
134.Məmmədov Zahir Ramiz oğlu (1975-1992)
135.Məmmədova Afilə İbrahim qızı (1949-1992) itkin
136.Məmmədova Güllü Abdal qızı || || (1925-1992)
137.Məmmədova Lətifə Eybəd qızı (1958-1992) itkin
138.Məmmədova Məleykə Atəş qızı (1938-1992) itkin
139.Məmmədova Səltənət Zülal qızı || || (1931-1992) itkin
140.Məmmədova Şövkət Eybəd qızı || || (1963-1992) itkin
141.Muradov Elşən Kazım oğlu || 21 yaş
142.Muradov Gündüz Kazım oğlu || 31 yaş
143.Muradova Ayşən Zöhrab qızı || 1 yaş
144.Mustafayev Rza Bəşir oğlu || 44 yaş
145.Mustafayev Vidadi Şafa oğlu || 29 yaş
146.Mustafayeva Yaxşı Mehdiqulu qızı (1900-1992) itkin
147.Nəbiyeva Maral Kamil qızı || 8 ||
148.Nağıyeva Sara Ramiz qızı || || (1969-1992) şəhid
149.Nəbiyeva Səkinə Nabahalı qızı || 62 || ||
150.Nəbiyev Həsən Qaraş oğlu || 62 || ||
151.Nəcəfov Şiraslan Məmiş oğlu || 40 || ||
152.Nəsibov Ramiz Sarı oğlu || 28 || ||
153.Nəsirova Tatyana Dmitriyevna || 40 || ||
154.Nəzərli Hikmət Baba oğlu || 26 (1966-1992) itkin
155.Nuriyev Hafiz Yusif oğlu || 30 || ||
156.Nurməmmədova Pakizə İslam qızı || 66 || ||
157.Novruzov Ələsgər Xanlar oğlu || 42 (1949-1992)
158.Novruzova Adilə Məhəmməd qızı || 55 || ||
159.Novruzova Rahilə Novruz qızı || 17 || ||
160.Nişanə Xocalı Murad qızı || 2 || ||
161.Orucov Fazil Ənvər oğlu (1961) şəhid
162.Orucov Telman Ənvər oğlu (1957) şəhid
163.Orucova Xəyalə Telman qızı (1986) 6 yaş şəhid
164Orucova Natəvan Nəbi qızı 2 yaş
165.Salahov Məhəmməd Əbdül oğlu (1931) qətl
166.Salahova Zəhra .... qızı (?) qətl
167.Səfərov Mübariz Əsəd oğlu (?-1992)
168.Səfərov Orduxan Aydın oğlu (1961-1992)
169.Səfərov Osman Aydın oğlu (1964-1992)
170.Səfərov Şahverdi Bəhlul oğlu (1956-1992)
171.Səfərova Pəri Muxtar qızı (1930-1992) qətl
172.Səfiyev Elxan Nəsib oğlu (1961-1992)
173.Səfiyev Sərvan Elxan oğlu (1991-1992) 1 yaş
174.Səfiyeva Gözəl Vəli qızı (1923-1992)
175.Səlimov Araz Bahadır oğlu (1960-1992)
176.Səlimov Bahadır .... oğlu (?-1992)
177.Səlimov Fəxrəddin Bahadur oğlu (1958-1992)
178.Səlimov Xəzər Səyavuş oğlu (1974-1992)
179.Səlimov Tofiq Seydi oğlu (1968-1992)
180.Səlimova Adilə Allahverdi qızı (1930-1992)
181.Səlimova Tamilə Ağamalı qızı (1936-1992) itkin
182.Səmədov Gündüz Hidayət oğlu (1957-1992)
183.Səmədov Həmid Bəylər oğlu (1958-1992)
184.Səmədov Taryel Bəylər oğlu (1964-1992)
185.Süleymanova Nübar Lələkişi qızı (1953) qətl
186.Şahverdiyev Vüqar Mamed oğlu (1973-1992)
187.Şahverənov Məhərrəm Codar oğlu (1930-1992)
188.Şahmuradov Mübariz Alıhüseyn oğlu (1952-1992)
189.Şahmuradov Namiq Əmirxan oğlu (1965-1992)
190.Şahmuradov Natiq Əmirxan oğlu (1965-1992)
191.Şahmuradov Nemət Musa oğlu (1962-1992)
192.Şirinov Elşən Eldar oğlu (1965-1992)
193.Şirinov ..... Elşən oğlu || 6 aylıq || 1991-1992)
194.Şirinov Vaqif Rəsul oğlu (1968-1992)
195.Şükürov Akif Rəsul oğlu (1965-1992)
196.Şükürov Vəkil İspəndiyar oğlu (1947-1992)
197.Şükürov Tofiq Zakir oğlu (1964-1992)
198.Şükürova Əntiqə İspəndiyar qızı (1934-1992)
199.Şükürova Əntiqə Vaqif qızı || 1 || ||
200.Talıbov Rəhim Xudaverdi oğlu (1908-1992)
201.Usubov Elşad Kamran oğlu (1974-1992)
202.Usubov Zakir Kamran oğlu (1965-1992)
203.Usubov Səyavuş Ramiz oğlu (1971-1992)
204.Usubov Əlyar Kamran oğlu (1967-1992)
205.Usubova Şərqiyə Usub qızı (1948-1992)
206.Vəliyev Ağasəf Zakir oğlu (1986-1992)
207.Vəliyev Əli İman oğlu (1962-1992)
208.Vəliyev Firdovsi Fazil oğlu (1966-1992)
209.Vəliyeva Güldanə Zakir qızı (1989-1992)
210.Vəliyeva Nazilə Kamil qızı (1966-1992) qətl
211.Yusifov Elzamin Yusif oğlu (1972-1992)
212.Yusifov Həmid Məhəddin oğlu (1962-1992)
213.Yusifova Nətavan Pənah qızı (1988-1992)
214.Zamanov Novruz Qulu oğlu (1936-1992) itkin
215.Zeynalov Eldar Aslan oğlu (1963-1992)
216.Zeynalov Məmməd Mikayıl oğlu (1948-1992)
217.Zeynalov Məcnun Zaman oğlu (1969-1992)
218.Zeynalov Nadir Aslan oğlu (1968-1992)
219.Zeynalov Osman Bahadur oğlu (1959-1992)
220.Zeynalov Tahir Bahadur oğlu (1963-1992)
221.Zeynalov Tofiq Aslan oğlu (1959-1992)
222.Zeynalova Aynurə Tofiq qızı (1986-1992) 6 yaş
31 Mart soyqırımı
Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Siyasi vəziyyət
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir
9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir.
General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır.
Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya İmperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun partiyasıBakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.
1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər.Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir:
Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər. |
Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.
No comments:
Post a Comment