Sərhədsiz təxəyyüllərin reallaşdığı məkan: Azərbaycan Dövlət Kukla Teatrı
Kukla teatrı qədim teatrlardan biri olmaqla yanaşı, həmçinin ən beynəlmiləl və demokratik incəsənət növüdür. Kukla canlı deyil, lakin aktyor onu əlinə alanda canlanır. İnsan maska taxanda artıq o özü deyil, bir başqasıdır. Anlaşılmazlığı dərk etmək, cansızı canlandırmaq insanı bütün varlığı boyunca düşündürən məsələdir. Bu deyilənlər kukla vasitəsilə reallaşdırılır.
Azərbaycan Dövlət Kukla Teatrının tarixi 1931-ci ilin iyunundan başlanır. Bakıda açılan ilk Kukla teatrına gənc aktyor Mollaağa Bəbirli rəhbərlik edirdi. Direktor, baş rejissor və bədii rəhbər kimi üç vəzifənin öhdəsindən layiqincə gələn Bəbirli, həmçinin kuklalar da düzəldirdi.
Teatrın tamaşaları yer olmadığına görə çox vaxt onun mənzilində qurulurdu. Mütəmadi olaraq, Kukla teatrı gah Gənc Tamaşaçılar Teatrının, gah da Filarmoniyanın öhdəsinə verilmişdir. Nəhayət, 1964-cü ildə teatr müstəqillik qazanaraq dövlət teatrı statusu əldə edir. 1965-ci ilin fevralından Kukla teatrı dəniz sahilində, Neftçilər prospektindəki keçmiş kinematoqraf binası olan “Fenomen”-də yerləşdirilir. Yeni məkanda ilk tamaşa 1965-ci il sentyabrın 20-də təqdim edilir. 1974-cü ildən teatr uşaqlar üçün bir sıra əsərlər yazan görkəmli şair və dramaturq Abdulla Şaiqin adını daşımağa başlayır.
Teatrın kollektivi dəfələrlə milli teatr sənətimizi xaricdə keçirilən festivallarda təmsil etmək şərəfinə nail olmuşdur. Kukla teatrının tamaşaları Rusiya, Özbəkistan, Hindistan, Yəmən, Gürcüstan, İran, Türkiyə, Finlandiya, Türkmənistan tamaşaçılarına təqdim olunmuşdur. Son illər teatrın yaradıcı kollektivinə bir sıra istedadlı gənclər cəlb olunmuşdur. Onlar uşaqlara və böyüklərə müasir tamaşalar təqdim edirlər.

No comments:
Post a Comment