Thursday, September 14, 2017

15.09.2017 ci il tarixində Azərbaycanda 2017-2018-ci tədris ili başlayır. İlk dərs 
“Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı”
Lələ təpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə
Hərbi strateji əhəmiyyətə malik olan təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub. 2 aprel 2016-cı il aprelində Lələ təpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
2017-ci il Fevral döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Lələ təpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər. Lakin, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.

Cocuq Mərcanlı 24 ildən sonra öz sakinlərini

 yenidən qoynuna alır

İyirmi dörd ildir ki, köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülür. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.
Ömrünün yarısını Cocuq Mərcanlıda, yarısını isə məcburi köçkün kimi Biləcəridə keçirən Yaqut Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “24 ildir doğma kənddən ayrı düşmüşük. Bu illərdə çox çətinliklər gördük. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha, bu həsrətə son qoyuldu. Kəndimin havasını udub, suyunu içdim. Bizə bu sevinci yaşatdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”.
Kəndin digər sakini Billurə Məmmədova isə ürək sözlərini belə ifadə edib: “Çox sevinirəm ki, öz doğma torpağımıza, öz evimizə qayıtmışıq. Bizim üçün gözəl şərait yaradılıb. Bundan sonra kəndimizdə yaşayacağıq. Əkib-becərəcək, toyuq-cücə, mal-qara saxlayacağıq”.
Xırdalan şəhərində köçkünlük həyatı yaşamış Abdulla Ataşov qəlbinin hər an doğma kəndi ilə döyündüyünü deyib: “Bura doğulduğum torpaqdır. Burada böyüyüb boya-başa çatmışam. Doğma yurdun həsrətini çox çəkirdim. Tez-tez bu yerlərə gəlir, kənardan kəndimizə baxırdım. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ailəmlə birlikdə doğma yurdda, öz evimizdəyəm. Həm də ona görə sevinirəm ki, övladlarım ata yurdumuzda böyüyəcək”.
Bu gün Cocuq Mərcanlıya hələlik 6 ailə köçüb. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.

1. Cocuqmərcanlı
2. Lələtəpə









No comments:

Post a Comment

Qədim abidələr xəritəsi