Napoleon Moskvaya çatınca rusların məğlub olmaq
istəyəcəklərini və dərhal ona boyun əyəcəklərini düşünürdü. Hesab etmədiyi şey
isə öz vətənindən çox uzaqlaşacağı və Rusiyanın məşhur qışı idi. Ruslar isə
onsuz da Moskvanı unutmuşdular.
Fransızların məşhur komandir və dövlət işçisi Napoleon
Rusiyanı işğal etmək istəyib, lakin bu ona çox baha başa gəlib. 1812-ci il
sentyabrın 14-də Moskvaya daxil olan Napoleon ¾-ü yanmış, xaraba bir şəhərə
girmişdi.
Napoleon rusları Friedland müharibəsində ağır məğlubiyyətə
uğratdı. Bu müharibədən sonra Napoleon ilə Çar Aleksandr arasında Tilsit görüşü
reallaşıb. (1807) İki düşmən görüş bitəndə dost olmuşdular. Hətta aralarında
ittifaq müqaviləsi də imzalanmışdı. Məqsəd İngiltərəyə qarşı ortaq cəbhə
yaratmaq idi.
Lakin zaman keçdikcə ruslar müqavilə şərtlərindən qaçmağa
başladılar, hətta müqavilənin ən əhəmiyyətli qismi olan İngiltərənin siyasi və
iqtisadi qanununa zidd olaraq, İngiltərə ilə əlaqələri inkişaf etdirməyə
başladılar. Bu vəziyyət Napoleonu çox hirsləndirdi. Napoleon 1812-ci ilin iyun
ayında böyük bir ordu ilə Rusiya səfəri üçün yola çıxdı.
Rusiya müdafiə qüvvələri ard-arda sıradan çıxarıldı və
ruslar geri çəkilməyə başladılar. Son olaraq Borodinoda dəhşətli müharibəsi baş
verdi. Hər iki tərəf də ağır itkilər verdilər, amma üstünlük Napoleonda idi.
Buna baxmayaraq, Napoleon üçün vəziyyət get-gedə çətinləşirdi. Çünki Fransa
torpaqlarından çox uzaqlaşmış, buna görə də həlak olanların yerini əvəzləyən
olmurdu. Beləliklə də əsgərlər mənəvi dəstək ala bilmirdilər. Üstəlik qış
yaxınlaşmaqda idi. Napoleonun məqsədi ruslara ağır zərbə vurmaq və buna görə də
Moskvaya tezliklə çatmaq istəyirdi. Napoleon qışı Moskvada keçirməyi
planlaşdırırdı.
Lakin rusların da planı var idi. Havanın soyuqluğundan
istifadə edərək torpaqlarından çox uzaqlaşan Napoleonu çarəsiz qoymaq. Rusların
geri çəkilməyi davam etdi, hətta Moskvanı da boşaltdılar. Napoleon son hədəfinə
çatmışdı. Sentyabrın 14-ü 1812-ci ildə Napoleon Moskvaya daxil oldu. Ancaq o
gecə Moskvanın hər tərəfində yanğınlar başladı. Moskva hərbi qubernatoru
general Rastopçin Moskvanın yandırılmasını əvvəldən planlaşdırmışdı. Təxminən
üç gün davam edən yanğında Moskvanın dörddə üçü yanmış, böyük şəhər xarabaya
dönmüşdü. Napoleonun əsgərləri üçün qala biləcəkləri sığınacaqlar yollar idi.
Həmçinin qida çətinliyi də başlamışdı. Ətrafdakı Rusiya kəndləri də Rusiya
ordusu tərəfindən idarə olunurdu. Almaniya və Polşadan yardım alması
qeyri-mümkün idi. Napoleon qarışıqlıq içərisinə düşmüşdü. Napoleon bu
vəziyyətdə ruslarla sülh müqaviləsi bağlamaq istəsə də nəticəsiz oldu.
Geri çəkilməkdən başqa çarəsi qalmayan Napoleon bütün hərbi
qabiliyyətini istifadə etdi və rusların ağır zərbə endirməsinə fürsət vermədi.
Ancaq Rusiyada havanın soyuq olması Rusiyanın hücumlarına daha çox təsir etdi.
Napoleon 420 min şəxsi heyətli böyük orduyla daxil olduğu Rusiyadan təkcə 30
min əsgərlə çıxa bildi.
Napoleonun
Moskva səfəri Napoleonun sonu idi. Həmçinin ruslarda vətənpərvərlik duyğularını
aşılamış və rus milliyyətçiliyini inkişaf etdirmişdi.
No comments:
Post a Comment