Monqol yürüşləri
Qədim
dünyanın xəritəsinə baxanda iki sivilizasiya qütbləri – Şərqdə Çin və
Hindistan, Qərbdə isə yunan və Roma dünyası arasında türk-monqol xalqlarının məskunlaşdığı
uzun ərazi zolağı diqqəti çəkir. Məhz bu bölgədə XIII əsrin əvvəllərində güclü
və möhkəm təşkilata malik olan Monqol dövləti yarandı. Dövlətin
yaranması ilə monqol işğalları dövrü başladı. Bu işğallar bütünlüklə ümumdünya
tarixinə geniş təsirə malik oldu. Bütün Asiyanı və bir çox Avropa ölkələrini əhatə
edən monqol işğalları bu ölkələrin tarixində dərin iz buraxdı.
Vahid dövlətin
yaradılması monqol xalqının həyatında mütərəqqi hadisə idi. Bununla monqol cəmiyyətinin
ictimai quruluşunun feodallaşması başa çatdı və monqol xalqının təşəkkülündə həlledici
rol oynadı.
Monqol
işğalları çərçivəsində aparılan Qərb yürüşləri digər istiqamətlərdəki kimi
qanlı müharibələrlə, qəddarlıqla və milyonlarla insanların zərər çəkməsi ilə
müşayiət olunurdu. Tarixçilər bunu Monqolustanda XI - XIII əsrlərdə gedən
bioloji-psixoloji və qeyri – adi proseslərlə,
Çingiz xanın ilahi qüvvəyə malik olması ilə bağlayırdılar. Bir nəfər bu şəxs
hakimiyyətə ölkədə özü gəldi, təkbaşına monqol xalqını idarə etdi və təkbaşına
monqol dünya müharibəsinə başladı. Təbii ki, tarix yenidən yazılmır.
Çingiz xanın ölkəni birləşdirməsi baş tutmaya bilərdi, əgər o, şəxsi keyfiyyətlərə
malik olmasaydı: siyasətçi, islahatçı, diplomat və sərkərdə.
Monqol
hücumlarına məruz qalmış ölkələrin tarixində, Monqol imperiyasının mövcud
olduğu dövr – onların tarixinin ayrılmaz hissəsidir. Bu dövr fərqli qiymətləndirilir,
ancaq onun əhəmiyyəti danılmazdır. Dünya imperiyasına çevrilmiş bu dövlət geniş
əraziləri əhatə etmişdi : Şərqdə Sarı dənizdən qərbdə Atlantik okeanı sahillərinə
kimi, şimalda qütb tundrasından cənubda Hind çayı sahillərinə kimi. Bu imperiya
yüz milyonlarla insan cəmi bir milyona bərabər xalq tərəfindən tabe edilərək
vahid qanunlarla idarə olunurdu. Bu imperiyanın başqa diqqətəlayiq cəhəti, onun tərkibində güclü inkişafa malik
sivilizasiyaların olması idi : Çin, İslam aləmi, Rusiya və qismən Şərqi Avropa.
Belə vəziyyət praktiki olaraq bütün Avrasiya kontinentində nəinki mal mübadiləsinə,
hətta insan, elmi biliklər və dini münasibətlərə imkan yaratmışdır.
Qeyd olunan
dövrün teatr səhnəsi çox genişdir, belə ki, XIII – XIV əsrlərdə monqol
qoşunları dünyanın bir çox ölkələrində hərbi əməliyyatlar aparmışlar : Mançjuriyadan Fələstinə və Yavadan Şərqi
Almaniyaya kimi. Bu geniş ərazidə əməliyyatlar aparılarkən Sakit okeanı sahillərindəki
hücumlar istisna olmaqla , monqollar heç gəmilərdən də istifadə etməmişlər.
Ancaq kommunikasiya xidmətləri yüksək
idi. Monqol yürüşlərini öyrənməmişdən əvvəl onların ordusuna. Təşkilatçılığına,
strategiyasına, taktikasına, silahına və s. Diqqət vermək lazımdır. Bununla
yanaşı o dövrün monqol cəmiyyətinin sosial strukturasını, maddi-mədəniyyətini
araşdırmaq əsasdır. Doğrudur monqollar keçirdikləri həyat tərzlərinin gündəlik ənənəsi,
onun bir çox hissəsini, Asiya köçərilərindən mənimsəmişlər. Lakin onların həyatında
baş vermiş köklü dəyişikliklərin əksəriyyəti monqol dühası – Çingiz xanın adı
ilə bağlıdır.
Monqollar bir çox ölkələrdə müharibələr
apardıqları və idarəçilik dövrü keçirdikləri onların tarixinin şahidliyi
çoxsaylıdır və rəngarənglidir. Artıq işğalların ikinci dövranı zamanı öz şəxsi
yazılı qaynaqlarını saxlamağa başlamışlar. Müasir elmin standartlarına uyğun olaraq monqol
dövrünün ümumi tarixi, etnologiyanı və coğrafiyanı bilmədən, monqol, çin,
yapon, birman, türk, fars, gürcü, suriya, yunan, ərəb, rus, latın, fransız və
italyan dillərində olan , orta əsrlər dövrünə uyğun dildə yazılan vacib sənədləri
araşdırmadan öyrənmək çətindir. Təbii ki, indi bütün bu dilləri bilən alim tapılmaz.
Ona görə mütəxəssislər bu mənbələrin tərcümələrinə və məlumatlarına əsaslanmaq
qalır. Yazılı qaynaqlarla yanaşı arxeoloji qazıntılar və incəsənət əsərləri də
qiymətli məlumatlar verir.
Arxeoloji
qazıntılar nəticəsində məlumatlar əldə edilmişdir : Krımda, Köhnə və Yeni
Sarayda, Monqolustanda Qaraqorum qalıqlarında, Iranda və s. Asiyanın bir çox
hissəsində monqol dövrlərinə aid çoxlu sayda pul dəfinələri də tapılmışdır.
Çin, hind və fars rəsm əsərləri və miniyaturaları monqol əsgərlərinin xarici
görkəmlərinin, onların
silahlarının
və həyat tərzini əyani şəkildə öyrənməyə imkan verir.Tədqiqatın məqsədi və vəzifələri.
Monqolların Qərb istiqamətində apardıqları yürüşləri ayrı-ayrı tədqiqatçıların
işlərində əhatə olunmuşdur. Lakin bütün bu araşdırmalar Böyük Monqol
imperiyasının tarixi çərçivəsində və ya elmi məqalələr toplusu halında
yazılmışdır. Mənbələri və müxtəlif əsərləri araşdırarkən əsas diqqət
monqolların Qərb istiqamətindəki yürüşlərinə əsas diqqət verildiyini, köçərilərin
İslam və Xristian dünyasına gətirdikləri faciələr, dağıntılar, tənəzzüllər və
s.nəticələrin şahidi oluruq. Yalnız çox az sayda müəlliflər monqolların müsbət
təsirlərinə əsas diqqət ayırmışdır. Monqol işğalçı yürüşlərinin uğurlarını
sözügedən dövrdəki siyasi və iqtisadi vəziyyətlə bağlamışlar. Monqol yeniliyi,
hərbi taktika və strategiya, elm və mədəniyyətə təkan, texniki proqress və s.
tabe edilmiş xalqların nailiyyəti kimi qəbul edilir və köçərilik bəşəriyyət
tarixində aşağı inkişaf səviyyəsi kimi qəbul olunurdu.
Təqdim olunan işdə əsas
diqqət monqolların işdə əsas diqqət monqolların Qərb yürüşlərinə yönəlmişdir.
Monqolların Qərbdəki fəaliyyətində yalnız dağıdıcı zərbələr əks olunmamışdır.
Monqol yürüşlərinə məruz qalan ölkələrin siyasi quruluşundan tutmuş ən adi gündəlik
həyat tərzinə kimi önəmli dəyişikliklər geniş şəkildə təsvir olunub.
Monqolların yaratdıqları beynəlxalq ticarət əlaqələri, iqtisadi yenidənqurmaları
, yeni rabitə mərkəzləri böyük əhəmiyyətə malik olmuşdur. Məhz monqol dövlət
strukturu, ordu quruluşu, döyüş taktikası və s. bir çox dövlətlərin
formalaşmasına, güclü hərbi qüvvələrin yaradılmasına əsas olmuşdur.
Dissertasiyanın əsas məqsədlərindən biri də monqol ordusunun mükəmməl
quruluşunun döyüş taktikasını, kəşfiyyat əməliyyatlarının geniş təsvir etməkdir.
XIII əsr üçün aparılmış müqayisələr köçəri monqol ordusunun qat-qat Avropa cəngavər
qüvvələrindən üstün olmasıdır, hətta qarşı-qarşı görüşlərdə köçərilərin qələbə
qazanması monqol hərbi sisteminin əyani təsdiqidir.
Monqolların heç bir elmi kəşfləri olmamağına
baxmayaraq, onlar işğal etdikləri ölkələrdə elm və mədəniyyəti himayə etmişlər.
Monqol dühası Çingiz xan elmin böyüklüyünü anlayaraq bütün ətrafına
yazıb-oxumağı , hesabı, tarixi, coğrafiyanı və s. öyrənməyi tapşırmışdı. İşğal
olunan ölkələrdən ilk növbədə həkimlərin,
müəllimlərin, alimlərin, sənətkarların və s. siyahısı tutularaq xüsusi himayəyə
alınırdı.
Beləliklə dissertasiyada bir vəzifə
kimi monqol yürüşlərindən güclü təsir olan Qərb ölkələri, dağıntılarla yanaşı əhəmiyyətli
dərəcədə nəticələr də əldə etmişdir. Monqol istilaları və onların Qərblə Şərq
arasında bir-başa əlaqə yaratmaları, dağıntılarla yadda qalmış XIII - XIV əsrlər
XV – XVIII əsrlər üçün “böyük sülh” hazırlaması, Avropada yeni biliklərin əldə
olunmasının mühüm ixtiralara və Böyük Coğrafi Kəşflərə yol çıxarması
monqolların Qərb yürüşlərinin dünya sivilizasiyanın formalaşmasında ən mühüm
göstəricisidir.
Tədqiqatın mənbə bazası. Monqol yürüşləri, Çingiz xan və onun varisləri,
monqol-tatarlara qarşı mübarizə hərəkatı və s. kimi mövzular haqqında geniş sürətdə
yazılmışdır və çoxlu sayda ədəbiyyat vardır. Monqol imperatorluğunun yaranması
mövzusu Şərq tarixinin ən başlıca araşdırma mərkəzi olmuşdu. Lakin tarixçilər
bu mövzunu başqa-başqa qiymətləndirir və araşdırırdılar. Bəziləri monqolları tənqid
edir, başqaları tərifləyir və s.
Monqol işğalları dövrünə ən qədim mənbələrdən
biri “Monqolların gizli tarixi” əsəridir.
Bu əsər XIX əsrin sonunda Pekində aşkar edilmişdir. Əsər XIII əsrə adı monqol
dilində Cin heroqlifləri ilə yazılmışdı. Alimlər əsəri oxumağa və
aydınlaşdırmağa nail oldular. Bu tarixi əsər 1240-cı ildə yazılıb və qəhrəmanlıq
dastanı janrında idi. Kitabın böyüklüyünün əhəmiyyəti onun yeganə monqolların şəxsən
özlərinə aid olan yazılı qaynaq olmasıdır. Əsər Çingiz xanın zamanından
Ugedeyin dövrünə kimi “qızıl nəslin” tarixini əks etdirir. Bu əsərin bir neçə tərcümə variantı məlumdur. Təqdim
olunan dissertasiyada S.
Kozinin tərcümə
variantında istifadə edilmişdir. Ehtimal olunur ki “Monqolların qızıl tarixi” Çingiz
xanın oğulluğu Şiqi-Xutuxu tərəfindən yazılmışdır. Əsərdə əsas diqqət Çingiz
xanın həyatında, onun sərkərdəlik məharətinə, monqol xanlarının hərbi yürüşlərinə,monqol
adət ənənələrinə , dininə, məşğuliyyətlərinə və s. verilmişdi.
Çingiz xanın dövrünə aid əsas mənbələrdən
biri də “Men-da bey-lu”(Monqol-tatarların tam təsviri). Əsər 1220-ci ildə
monqollarla Sun imperiyası adından danışıqlara göndərilmiş Çjao Xun tərəfindən
yazılmışdır. Çjao Xun Şimali Çində monqol düşərgəsində bir ilə yaxın qalmış və
diplomatik – kəşfiyyat missiyası apararaq monqolların tarixi haqqında dövlət
quruluşu, hakimləri, hərbi qüdrəti, iqtisadiyyatı və s. haqqında təsvir
etmişdir. Əsərin qiymətli edən isə odur ki, o, Çingiz xanın yaşadığı dövrə aid
yeganə Çin pənbəsidir. Monqol imperiyasının işğalçı yürüşləri, onun hərbi-siyasi
planları bır çox Avropa və Asiyə
Xalqlarına aid
edildiyi üçün təqdim olunan mövzu üçün mühüm əhəmiyyətə malikdir. Bununla əlaqədar
dissertasiyanın hazırlanmasında Çin mənbələri ilə yanaşı İran və Avropa mənbələrindən
də istifadə edilmişdir.
Hülakilər dövlətində Qazan xanın vəziri olmuş məşhur Azərbaycan alimi Nəsrəddinin
Tusinin nəvəsi Fəzlullah Rəşidəddin tərəfindən
yazılmış “Came ət- təvarix” (Tarixlər toplusu) əsəri qiymətli mənbədir. Əsərdə
Hülakü xandan Qazan xanın hakimiyyətinin sonuna kini olan dövr müfəssəl şərh
olunur. “Came ət-təvarix” dünyanın bir sıra ölkələrinin tarixini də əhatə edir.
Əsər mühüm qiymətli sənəd olması onun ilkin mənbələr əsasında yazılmasıdır. Rəsidəddin
bütün Şərq dünyasında ilk mənbələrə tənqidi yanaşaraq böyük tarixi əsər
yaratmış ilk tarixçidir. Digər İran mənbələrindən
birini isə Hülakilər dövlətinə yüksək məmur vəzifəsində işləmiş Cüveyin
yazmışdır. Onun 1280-ci ildə Bağdadda qələmə aldığı “Tarix-i cahan şah”
(“Dünyanın fatehinin tarixi”) əsəri XIII əsrə aid olan hadisələrin mühüm məlumatçısıdır.
Cüveyni Monqol imperiyası ərazisinə
dəfələrlə səyahət etmiş. Monqolustanda olub, ilk mənbələrlə tanış olmuşdu. Onun
əsərində monqolların həyatı, işğalları və yenidənqurmaları geniş surətdə əks
olunmuşdu.
Avropa səyyahlarının
XIII əsrdə Monqolustan haqqındakı qeydləri bütün dövrlərdə çoxsaylı
araşdırmalara və monoqrafiyaların yazılmasına əsas olmuşdur. Monqolların Rusiya
və Şərqi Avropaya yürüşlərindən sonra Avropa monarxları və Roma papalarının
diqqət çəkməsinə səbəb olmuşdur. 1246-cı ildə Qaraqoruma çatmış fransıkan
rahibi Covanni del Plano Karpini Roma papası IV İnnokenti tərəfindən göndərilmişdir.
Onun buralarda olması , monqolların həyat tərzlərinə , adət-ənənələrinə aid ,
ordu quruluşu və taktikası, dövlət strukturu haqqında ətraflı məlumatlar
toplusu “Monqolların tarixi” əsəri halında yazmışdır.
Eyni məzmunlu qeydləri monqollar
haqqında Fransa kralı IX Lyudoviq tərəfindən 1253-cü ildə monqol xanının yanına
göndərilmiş Vilhelm Rubrukun yazıları və səyyah Marko Polonun kitablarıdır. Bu
qeydlər xüsusilə sonrakı zamanlarda tacirlər üçün mühüm qeyd kitabçası olmuş,
monqolların tarixinə , mədəniyyətinə , iqtisadiyyatına və s. ətraflı olmuşdur.
No comments:
Post a Comment