Saturday, August 5, 2017

Göygöl gəzintimiz

27 iyun 2017-ci il tarixində müəllimlərvə sinif yoldaşlarımızla birlikdə Göygöl  gölünə gəzintiyə getdik. 












1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır.
Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.
  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8-10 metrdir.
Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür.
GöyGöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.

5 comments:

Qədim abidələr xəritəsi