Sunday, December 10, 2017
Friday, November 17, 2017
Milli Dirçəliş günü — 17 noyabr
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı.
Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
17 noyabr mitinqinin tələbləri
- Azərbaycan höküməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
- Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
- Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
- Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik...
- Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.
Bu tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.95 Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.
Azadlıq üçün ayağa qalxan İlin xalqı
Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.
“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb.
“Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan və Almaniya haqqında məqalələr var. Amma, bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb.
Bakı fotosunu seçilməsinin səbəbi, fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır.
Bizdə olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dunyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.
Mənbə: https://az.wikipedia.org/wiki/Milli_Dir%C3%A7%C9%99li%C5%9F_G%C3%BCn%C3%BC
Wednesday, October 18, 2017
Milli müstəqillik günü
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 20 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi.
Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub. Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz 1 nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya. dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi.
Tuesday, October 17, 2017
Azərbaycan Respublikası
Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu.
1991 və 1992-ci ilin I yarısında ölkəyə rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə, yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra, 8 mayda ermənilərin Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşanı işğal etməsi ilə yerli əhali burdan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı tamamlandı.
1992-ci il mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından kənarda olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63 mindən artıq Laçın sakini daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda, Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin il mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi qərarının qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.
1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçildi. Lakin cəbhədəki uğursuzluqlar nəticəsində 1993-cü ilin yayında Azərbaycanda siyasi vəziyyət gərginləşdi.
1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı.
1993-cü ilin iyununda bir qrup Azərbaycan Respublikası Ali Sovetinin deputatının və ziyalıların dəvəti ilə Naxçıvan MR Ali Məclisinin sədri, 1969-1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu. Lakin 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca Dağlıq Qarabağdan kənarda yerləşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı bir milyona çatdı.
Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrədək torpağı işğal olundu ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr(Gəncə) və 1995-ci ilin martında(Qazax-Ağstafa-Bakı) dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Beyləqan və Füzuli istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi azad edildi.
1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu. Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək inkişaf etdirmək məqsədilə iri miqyaslı beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini qısa müddətdə verdi.
1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir.
Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur.
1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azerbaycan SSR
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi.
28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi.
1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər.
3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
5 may 1920 — Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edir. Bir neçə ildən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına veriləcəkdi.
7 may 1920 — Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və həmin ilin dekabrında SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.
12 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verdi. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verildi.
15 may 1920 — Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verdi.
24 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik Lenin tərəfindən Bakıya göndərilən Aleksandr Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
3 iyun 1920 — Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçirdilər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilir. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal edirlər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilirlər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçir. Sovetləşməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verirdi.
6 may 1921 — I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayır. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunur. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilir, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilir. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
2 iyul 1921 — Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərən – Azərbaycan Kişi Pedaqoji İnstitutu(sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) təsis edildi.
5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilir. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi
7 iyul 1923 — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verir. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında "beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə" xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, "Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması" nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə RK(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
30 avqust 1930 — Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə – rayonlara bölündü. Qərara əsasən, 63 rayon yaradıldı. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay), Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
7 avqust 1932 — Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.
24 iyun 1938 — I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet formal fəaliyyət göstərirdi.
1938 — Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Bununla belə, qərar həyata keçməmiş qaldı.. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.
2 iyun 1938 — Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olundu. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmiş, 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlamışdı.
25 iyun 1987 — SovİKP MK-nın plenumu "yenidənqurma" ("perestroyka") haqqında qərar qəbul edir. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən, Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
21 may 1988 — SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirir. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov vəzifələrindən kənarlaşdırıldılar. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Əbdürrəhman Vəzirov seçildi.
18 iyul 1988 — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirildi. M.Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak edirdilər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunur. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Ermənsitan SSR rəhbərliyi bu çağırışı cavabsız qoydu.
16 iyul 1989 — Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
19 may 1990 — Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edildi. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi. SovİKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.
21 may 1990 -cı il tarixində 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edildi.
5 fevral 1991 — Azərbaycan dövləti – Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır.
27 iyun 1991 — Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul etdi. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.
30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.
8 sentyabr 1991 — Azərbaycanda ilk prezident seçkiləri keçirildi. Ölkədəki əksər siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi.
Azərbaycan xalq cumhuriyyəti dövrü
Azərbaycan Xalq Cümhuriyyəti (azərb. آذربایجان خلق جمهوریتی) və ya Azərbaycan Demokratik Respublikası (özünüadlandırma: Azərbaycan Cümhuriyyəti və ya Azərbaycan Respublikası) — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi.[Mənbə göstərin]
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Mündəricat
[gizlə]Tarix[redaktə | əsas redaktə]
- Əsas məqalə: Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
1918-ci il[redaktə | əsas redaktə]
- Əsas məqalələr: Azərbaycanın İstiqlal Bəyannaməsi və Azərbaycan bayrağı
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etm ək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.[2]
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.[3][4]
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi.[5] Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökümətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu.[6] 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.[7]
1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.[8] İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.[9]
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.[10] Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".[11]
27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilininAzərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.
Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi.[12] Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.[12]
Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi.[12] Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiyaqüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.[12] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.[13][14]
Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü.[7] Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Uilliam Montqomeri Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.[7]
1919-ci il[redaktə | əsas redaktə]
1919-ci il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda olaqodar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T.Səfərəliyev çıxış etdilər.[7] Hətta müxalifətin tələbi ilə hökumət başçısı F.Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. "Müsavat" fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən M.Ə.Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.[7]
Fevralın 25-də hökumətin başçısı F.Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. M.Ə.Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F.Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən "Müsavat" fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı.[15]
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi.[16] O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi.[16] İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi.[17] 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu.[18] Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.[7] 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.[7]
Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu.[19] 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar.[20] Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.[21]
1920-ci il[redaktə | əsas redaktə]
Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerinağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi.[22] Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.[23] F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.[24]
Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar".[25] Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.[26]
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər.[27] Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökümətin dağılmasına gətirib çıxartdı.[28]
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı.[29] Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.[30]
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.[31]
Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı.[32] Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər.[33] Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.[34]
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı.[36] Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.
Hökumət və siyasət
- Əsas məqalə: Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
1918-ci il 28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. İlk Hökumətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov bəy Sultanov - hərbi nazir; Məmmədhəsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər ağa Şeyxülislamov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar, poçt və teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarəti naziri.[37]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu.[38]Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.[38] Parlament iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmiş və bu barədə xüsusi qərarlar qəbul olunmuşdu.[38]
Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.[37] Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. İkinci Hökumətə Fətəli xan Xoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov və Musa bəy Rəfiyev daxil oldular.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr aşağıdakı qaydada yenidən bölüşdürüldü.[37] Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri; Behbud xan Cavanşir - daxili işlər naziri vəzifəsi ilə yanaşı ticarət və sənaye naziri vəzifəsini də icra edir; Əlimərdan bəy Topçubaşov - xarici işlər naziri; Məmməd Həsən Hacınski - maliyyə naziri; Nəsib bəy Yusifbəyli - xalq maarifi naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Ağa Aşurov - poçt və teleqraf naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Xudadat bəy Rəfibəyli - xalq səhiyyəsi naziri; Musa bəy Rəfiyev - himayədarlıq və dini etiqad naziri; İsmayıl xan Ziyadxanov - hərbi işlər üzrə müvəkkil; Əbdüləli bəy Əmircanov - dövlət müfəttişi.
Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi.[37] Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinəsində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarif və dini etiqad naziri; Aslan bəy Səfikürdski - poçt-teleqraf və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski — himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev - ticarət və sənaye naziri; Məmmədhəsən Hacınski -dövlət nəzarəti naziri; Konstantin Lizqar - ərzaq naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Teymur bəy Makinski - ədliyyə naziri vəzifələrini tutdular.[37]
Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu. Digər vəzifələr aşağıdakı kimi bölündü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy Hacınski - poçt və teleqraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq naziri; Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.
1920-ci il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşçılıq etdi. Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və dini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski — ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov -maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan və bu üzvlərdən ibarət idi:
Parlamentdə fəaliyyət göstərən fraksiya və qruplar arasında ən iri və aparıcı fraksiya milli mənafelərin daşıyıcısı olan Müsavat fraksiyası idi. Bu fraksiya, demokratik bitərəflər qrupu ilə birlikdə, Parlamentin və Hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, milli mənafe ilə bağlı bütün qanun və qərarların qəbul edilməsində həlledici rol oynayırdı.Parlamentdə ikinci iri fraksiya İttihad fraksiyasına məxsus idi. Bu fraksiya 1919-cu ilin dekabrına qədər milli-demokratik cərəyana qarşı müxalifətdə olmuş və Hökumətlərin təşkilində iştirak etməmişdir. Parlamentdə ifrat solçu mövqedən çıxış edən fraksiyalardan biri də sosialistlər bloku idi. Onlar Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilməsini, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ edirdilər. Bu blok Şimali Azərbaycanı yenidən işğal etməyi qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı. Ermənilər Parlamentdə iki fraksiya ilə təmsil olunsalar da, əslində bir mövqedən çıxış edir və ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bütün imkanlardan istifadə edirdilər. Sovet işğalı reallaşdıqda erməni fraksiyaları bolşeviklərin tərəfinə keçdilər.
Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi (Azərbaycamn istiqlalının və Bakının azad olunmasının 1-ci ildönümləri münasibətilə 1919-cu il 28 may və 15 sentyabr tarixli iclasları); dördü təntənəli (rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə 1919 və 1920-ci il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olunmuş 1919-cu il 27 iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il 14 yanvar iclasları); ikisi isə fövqəladə iclaslar (Ermənistanın Gürcüstana müharibə elan etməsi ilə əlaqədar 1918-ci il 20 dekabr tarixli və Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə 1920-ci il 17 mart tarixli) olmuşdur. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan qanun layihələri, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbul edilmişdir. Parlamentin fəaliyyəti onun Nizamnaməsi rolunu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə komissiyası; qanunvericilik təklifləri komissiyası; Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya; mandat komissiyası; hərbi komissiya; aqrar məsələlər komissiyası; sorğular üzrə komissiya; təsərrüfat-sərəncamverici komissiya; ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası; redaksiya komissiyası və fəhlə məsələləri üzrə komissiya.
Xarici siyasət
- Əsas məqalə: Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya Müharibəsinin başa çatması ilə müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yarandı və fəaliyyət göstərdi. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqlənməsinə nail oldular. Məhz belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi. Lakin Birinci Dünya Müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətdən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra xarici ölkələrə mühacirət etmiş cümhuriyyət xadimləri, ayrı-ayrı ziyalıların dünyanın müxtəlif ölkələrində nəşr etdirdikləri əsərlər 1918-1920-ci illərdə həyata keçirilmiş Azərbaycan diplomatiyasının bir sıra qaranlıq səhifələrini aydınlaşdırmağa imkan verir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)
1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Dövlət müstəqilliyinin Tiflisdə elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin başda Stepan Şaumyan olmaqla cinayətkar bolşevik rejiminin əlində olması idi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən təmizləndi və həmin ayın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin müvəqqəti paytaxtı Gəncədən Bakıya köçdü. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yarandı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Bu qərarın bağışlanmaz bir səhv olduğunu açıq söyləyən İrəvan quberniyasından Milli Şuraya seçilmiş üç deputatın– M.H.Seyidov, N.Nərimanbəyov və R.Bağırovun yazılı etirazlarına baxmayaraq, məsələ Milli Şuranın mayın 29-da keçirən üçüncü iclasında da müzakirə edilmədi. Ermənilər İrəvanı ələ keçirdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının coğrafiyasını zaman-zaman genişləndirməyə başladılar. Azərbaycan Milli Şurasının həmin səhv siyasi addımı milli mənafeyə vurulan ən ağır zərbə idi. Nəticədə Azərbaycanın tarixi torpağı İrəvan xanlığının Göyçə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı və bu göl iki respublika– Azərbaycan və Ermənistan arasında sərhəd ərazisinə çevrildi. Gölün Şərq hissəsi «Göyçə dairəsi» statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bəyazid qəzasının şərq torpaqlarını əhatə edirdi və Göyçə gölünün şimalındakı Maralicə dağının qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı.
Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri – Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi. Ciddi səhvə yol vermiş Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək üçün mühüm tədbirlər həyata keçirirdi və məhz bunun sayəsində hökumət sonrakı fəaliyyəti dövründə mövcud ərazilərini qoruyub saxlaya bildi.
Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri, hüdudları barədə danışarkən iki cəhəti nəzərə almaq lazımdır: mübahisəli ərazilər nəzərə alınarsa, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daha geniş olmuş, cənub-qərbdə Qazax çayının Araza qovuşduğu yerə, şimal-qərbdə isə təqribən Tiflisə kimi uzanmışdır. Yalnız mübahisəsiz ərazilər, yəni 97,3 min kv. km-lik ərazi nəzərdə tutularsa, dövlətin sərhədləri aşağıdakı istiqamətlərdən keçmişdir: şərqdə Xəzər dənizi ilə hüdudlanan Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri Astara ərazisinin cənubundan Talış dağları istiqaməti ilə qərbə tərəf uzanırdı. Daha sonra şimala tərəf uzanaraq Araz çayına çatan sərhədlər çayın axarının əks istiqamətində irəliləyərək, Naxçıvanın cənub-qərbində Sədərək yaşayış məntəqəsinə çatır və buradan şimal-şərq istiqamətində, Soğanlı məntəqəsindən isə birbaşa şimala gedərək Göyçə gölünə qovuşurdu. Göyçə gölü Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında sərhəddə idi. Göyçə mahalının şərq hissəsi Azərbaycanın, gölün qərb hissəsi isə Ermənistanın tərkibində idi. Göyçədən şimalda Azərbaycan Gümhuriyyətinin sərhədləri yenə də şimala doğru istiqamətlənmiş, Qazax mahalının şimalından təqribən Qabırlı çayı ilə şərqə, daha sonra şimal-qərbə, nəhayət, Zaqatala dairəsinin şimalından cənub-şərqə və yenə də şimal-şərqə uzanmışdır. Daha sonra isə Samur çayı boyunca uzanan sərhədlər Xəzərə qovuşurdu.
1918-ci ilin 28 mayında Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra həmin il iyun ayının 17-də Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi. Bakını əlində saxlayan erməni, daşnak-bolşevik qaragüruhunun Gəncə üzərinə hücum hazırlaması, ölkənin hər an müdaxilə təhlükəsi qarşısında olması və digər təhlükələri nəzərə alan hökumət iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycanın qonşu dövlətlərlə sərhədlərinin müəyyənləşdirilməməsi, sərhədlərin mühafizəsi işini tamamilə öz üzərinə götürəcək bir qurumun olmaması vəziyyəti daha da çətinləşdirirdi.
Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara ərzaq daşınmasının qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verildi. Bu postun ardınca Azərbaycan Respublikasının əksər sərhəd ərazilərində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi. Strateji məhsulların xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar iyunun 24-də və 27-də qəbul olundu.
Ancaq gündəlik məlumatların təhlili açıq-aydın göstərirdi ki, yeganə sərhəd postunda ərazidən qanuni yolla keçirilən yüklərin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşısına sədd çəkmək mümkün deyil. Buna görə də yeni postların yaradılması, sərhədin heç olmasa bir qəza hüdudunda nəzarətə götürülməsi problemi getdikcə daha zəruri şəkildə meydana çıxırdı. Gürcüstan və Ermənistanla sərhəd ərazidə yerləşən Qazax qəzasında vəziyyəti nizama salmağın çox çətin olacağını nəzərə alan hökumət iyul ayının 12-də növbəti qərarı ilə Daxili İşlər Nazirliyinə bu qəzanın daha iki məntəqəsində– Salahlı və Şıxlı kəndlərində sərhəd postları təşkil etmək barədə göstəriş verdi. 1918-ci ilin iyul ayında Kür çayı üzərində (Sınıq Körpüdə) 5 nəfər, Salahlı kəndində 6 nəfər, Şıxlı kəndində 6 nəfər, Qıraqkəsəmən kəndində 6 nəfər və Poylu stansiyasında 15 nəfərdən ibarət sərhəd postları təşkil edildi.
Qaçaqmalçılığın qarşısının alınması sahəsində vəzifələrin yerinə yetirilməsi ilə məşğul olan ilk sərhəd postları hələ bugünkü mənada dövlət sərhədinin hərtərəfli mühafizəsi vəzifələrini yerinə yetirmirdi. Bu postlar sərhədi qanunsuz keçən quldur dəstələri ilə mübarizənin təşkilində və sərhədlərin tam nəzarətə götürülməsində çox zəif idi. Azərbaycanın qərb sərhədlərində vəziyyət bir çox baxımdan gərgin idi. Əvvəla, qonşu respublikalarla münasibətlər heç də birmənalı deyildi və hər an istər ərazi, istərsə də milli-etnik və digər səbəblər ucbatından qarşıdurmalar baş verə bilərdi. Hətta bunlar nəzərə alınmasa belə, sərhəddə sakit xidmət şəraitindən danışmaq mümkün deyildi. Çünki məhz bu ərazilərdə qaçaqmalçılıq görünməmiş miqyas almışdı. Ermənistanla vəziyyətin hər an müharibə həddinə çatmasının labüd olduğu bir vaxtda ilk dövrlərdə Gürcüstanla sərhəddə postların qoyulması ilə bağlı da bəzi ərazi mübahisələri baş verirdi. 1918-1920-ci illərdə Gürcüstanla sərhəddə yaranmış mübahisəli, hətta münaqişə həddinə gəlib çatan vəziyyətlər haqqında da kifayət qədər arxiv materialları var. Bu materialların əksəriyyəti ərazi məsələləri ilə bağlı qarşılıqlı iddialarla əlaqədar idi və çoxu Zaqatala quberniyasının payına düşürdü. Bu ərazilərdə sərhəd postları yaradılmasına nisbətən əvvəl başlamış gürcülər arasında bəziləri (bəlkə də Gürcüstan sərhədində qulluq edən ermənilər) hər vasitə ilə öz postlarını Azərbaycan ərazisində yerləşdirməyə çalışır, tarixən mövcud olmuş sərhədləri bilərəkdən pozurdular. Belə mövqe hər iki gənc müstəqil respublikanın ümumi mənafelərinə zidd olsa da, bəziləri onun hansı nəticələrə aparıb çıxaracağına lazımi məsuliyyətlə yanaşmır, ənənəvi gürcü-azərbaycan dostluğuna xələl gətirirdilər. Ancaq Azərbaycan hökumət nümayəndələrinin vaxtında gördükləri tədbirlər nəticəsində bu cür münaqişələr yerindəcə danışıqlar vasitəsi ilə həll edilir, yaxud diplomatik xətlə aradan qaldırılırdı. Yalnız qarşı tərəfin hərəkətlərinin vətəndaşlarımızın həyatı üçün təhlükə doğurduğu vaxtlarda digər müstəsna tədbirlərin görülməsi nəzərdə tutulurdu.
İran sərhədində müxtəlif quldur dəstələrinin basqını ilə əlaqədar əhalinin vəziyyətinin gərgin olması da sərhəd məsələlərinə diqqətin artırılmasını, postların sayının çoxaldılmasını, ümumiyyətlə, sərhədlə bağlı problemlərin hökumət səviyyəsində həll olunmasını tələb edirdi. Bunu nəzərə alan Azərbaycan Respublikasının Nazirlər Şurası 1919-cu il mart ayının 10-da İranla sərhədlərin qorunması üçün qanunvericilik əsasında sərhəd mühafizəsinin təşkili barədə qərar qəbul etdi. Bu qərarla Daxili İşlər Nazirliyinə Muğan hüdudunda 200 atlıdan ibarət mühafizə dəstəsi yaradılması həvalə olundu.
1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə Azərbaycan hakimiyyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə kifayət qədər dövlətə müqavimət göstərən silahlı qüvvələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust əməliyyatından sonra mümkün oldu. Qeyd edilən vaxta qədər isə nəinki sərhədin mühafizəsi, hətta ərazinin tam nəzarətdə saxlanılması üçün yerli hakimiyyətin təşkili də böyük problemə çevrilmişdi.
İran tərəfi ilə danışıqlara gəlincə isə, bu, yerli səviyyələrdən daha çox Azərbaycan dövlətinin mərkəzi idarəetmə orqanları vasitəsilə aparılır, sərhəddə baş verən hadisələr haqqında qonşu dövlətin rəsmi şəxsləri vaxtlı-vaxtında xəbərdar edilirdilər. Bir dəfə isə təqribən 18 ay müddətində cənub sərhədlərimizdə baş verən 50-yə yaxın müxtəlif hadisə barədə İran tərəfinə xronoloji ardıcıllıqla xüsusi material çatdırılmışdı.
Ancaq Azərbaycan hökuməti İran tərəfini xəbərdar etməklə kifayətlənmir, cənub sərhədlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görürdü. Məhz bu tədbirlərin səmərəliliyinin nəticəsi idi ki, artıq 1920-ci ilin fevral ayında əsas narahatlıq doğuran şahsevənlərin quldur dəstələrinin hücumları dayandırılmış, cənub sərhədlərinin böyük bir hissəsində təhlükəsizlik təmin olunmuşdu. 1919-cu ilin aprel ayının 28-də hökumətin başqa bir qərarı ilə Daxili İşlər Nazirliyinə Cavad qəzasında xüsusi sərhəd dəstəsinin yaradılması məqsədilə vəsait ayrılmışdı. Sonrakı dövrdə əsasən yerli şəxslərdən ibarət mühafizəçilər dəstəsi təşkil edilir və bu adamların hər biri öz şəxsi silahı, atı, hətta, geyimi ilə xidmətə başlayırdı.
Qaçaqmalçılıqla mübarizə məsələləri, əsasən, respublikanın quru sərhədlərində aktual olsa da, dəniz nəqliyyatı vasitəsilə də bu işlərlə məşğul olanlar tapılırdı. Ancaq yeni müstəqillik əldə etmiş respublika üçün dəniz sərhədlərinin mühafizəsi ilə məşğul olmaq texniki, maliyyə imkanları, həm də mütəxəssis çatışmazlığı ucbatından çox çətin idi. Bu problemin həlli üçün müəyyən zaman keçməsinə, müəyyən imkanların reallaşmasına ehtiyac vardı. Belə bir mürəkkəb şəraitdə sərhəd mühafizə məsələlərinə birbaşa aidiyyəti olmayan nazirlik və idarələr də öz səlahiyyət və imkanları dairəsində köməklik göstərməyə çalışırdılar. O dövrdə respublikanın su sərhədlərinin mühafizəsi sahəsində vəzifələri əsasən Hərbi Nazirliyə tabe qurumlar yerinə yetirirdi. 1919-cu ildə ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, hərbi gəmilərin bir hissəsini və hərbi sursatı Azərbaycan hökumətinə təhvil vermiş və həmin gəmilər əsasında Azərbaycanın Xəzər donanması yaradılmışdı. Bu, respublikanın öz dəniz sərhədlərini qorumaqla bağlı atdığı addım olmaqla, həm də Azərbaycanın müstəqil dövlət kimi öz haqqını bir daha təsdiq etməsi idi. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədələrinə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi Xəzər dənizində dövlətimizin sərhədlərini qoruyurdu. Xidmətin təşkili ilə bağlı görülmüş işlər də dəniz sərhədlərimizin qorunması funksiyalarının yerinə yetirilməsinə öz müsbət təsirini göstərirdi. Limanlarda və sahil sularında vəzifələrin icrası ilə məşğul olan dəniz xidmətinin hərbi quluqçuları bu yolla respublikanın strateji əhəmiyyətə malik mal və məhsullarının xaricə daşınmasının qarşısını alır, limanlarda yoxlamalar keçirilməsində iştirak edirdilər.
1919-cu il avqust ayının 18-də parlamentdə «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olundu. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu və bu nazirliyin tərkibində əvvəl gömrük yığımları, sonra isə dövlət sərhədinin mühafizəsi şöbəsi yaradıldı. Bu qanunun qəbuluna qədər parlamentin qəbul etdiyi digər qanuna əsasən, qaçaqmalçılıq və qanunsuz ticarət dövriyyəsi ilə yalnız ölkə sərhədlərində deyil, həm də daxildə mübarizə 1919-cu ilin iyun ayının 23-dən etibarən maliyyə orqanlarına həvalə edilmiş və gömrük idarəsi hissəsi adlandırılan qurum ləğv olunaraq, onun əsas səlahiyyətləri Maliyyə Nazirliyinə verilmişdi.
Göründüyü kimi, Maliyyə Nazirliyi bu qanunun qəbulundan sonra artıq ölkə daxilində və sərhədlərdə gömrük funksiyalarını yerinə yetirən bir quruma çevrilir, sərhəd mühafizəsi ilə məşğul olan hər hansı təşkilatla birgə iş aparmaq məcburiyyəti qarşısında qalırdı. Sərhədlərin əksər hissəsində mühafizə və müdafiə məsələlərinin əslində üzvi surətdə bağlı olduğu bir dövrdə ikinci vəzifənin təminatına cavabdeh olan Hərbi Nazirlik kimi bir qurum əslində qaçaqmalçılıqla və qanunsuz ticarət dövriyyəsi ilə də mübarizə aparmaq məcburiyyətində idi. Yerlərdə hakimiyyət orqanlarının funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyi sərhədlərin mühafizəsi sahəsində daha çox silahlı dəstələrin respublika ərazisinə basqınlarının qarşısının alınması, qaçaqların əhaliyə zərər vurmasına yol verilməməsi problemləri ilə məşğul olurdu.
Sərhədlərin mühafizəsinin birbaşa bu vəzifənin yerinə yetirilməsi ilə məşğul olacaq qüvvələrə həvalə edilməsi sahəsində ardıcıl iş aparılmasını Azərbaycan hökumətinin 1919-cu il noyabr ayının 2-də qəbul etdiyi başqa bir qərar da sübuta yetirir. Həmin qərarda Zaqatala quberniyasında Dağıstanla sərhəddə yerləşən dərələrin etibarlı qorunması üçün yeddi müvəqqəti sərhəd postunun yaradılması nəzərdə tutulurdu. Əlbəttə, bu, Denikin və bolşevik təhlükəsi ilə bağlı idi. Təəssüf ki, gənc respublikanın maliyyə və hərbi kadr baxımından imkanları bütün sərhədlərin nəzarət altında saxlanılması üçün yetərli deyildi. Buna görə də, hətta, 1920-ci ilin yanvar ayına qədər artıq Azərbaycanın əksər sərhəd ərazilərində sərhəd postları yaradılsa da, Azərbaycan sərhədlərinin etibarlı mühafizəsi tam təmin edilə bilməmişdi. Daha çox İranla sərhəd ərazilərdə baş verən hadisələr nəticəsində əhali talanlara məruz qalır, quldurlara qarşı lazımi müqavimət göstərilməməsi, onların azğınlığına son qoyulmaması hökumətin yerlərdə nüfuzuna ciddi zərbə vururdu.

Mənbə : http://www.dsx.gov.az/1918-1920_ci_iller
Subscribe to:
Posts (Atom)
Qədim abidələr xəritəsi
-
İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini - güləş, qaçış, tullanm...
-
“Bir kərə yüksələn bayraq bir daha enməz!” Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbayca...
-
XX əsrdə Yer kürəsində iki dünya müharibəsi baş verdi. Müharibələr bütün planeti əhatə etməsə də, dünyanın aparıcı ölkələrinin hamısı həmi...