Monday, September 18, 2017

2017 İslam Həmrəyliyi Oyunları

          2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının           Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad RəhimovÇingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.

No comments:

Post a Comment

Qədim abidələr xəritəsi